Gözlənildiyi kimi İsrail-Fələstin münaqişəsinin əhatəsi genişlənir. ABŞ və Böyük Britaniya atom sualtı gəmisindən atılan kütləvi Tomahawk raketləri ilə Yəmənin ərazilərinə kütləvi zərbələr endirib. Ölkənin paytaxtı Sane və liman şəhərləri raket hücumuna məruz qalıb.

Yəmən ərazilərinə raket zərbələrinin endirilməsində eyni zamanda hərbi təyyarələrdən də istifadə olunub. CNN bildirir ki, kütləvi hücum zamanı Yaxın Şərq ölkəsinin ərazilərinə esmineslərdən və "Oqayo" USS Florida sualtı gəmisindən atılan Tomaqawk qanadlı raketlətindən istifadə edilib.

Birləşmiş Krallığın baş naziri Rişi Sunak bildirib ki, raket hücumlarında Kanada, Niderland və Bəhreyn (?) də onlara köməklik edib.

Maraqlıdır ki, Birləşmiş Ştatların prezidenti Co Bayden bəyan edib ki, ABŞ və Böyük Britaniya Yəmənin ərazilərinə kütləvi raket hücumları "müdafiə xarakteri" daşıyır: "Bu zərbələr, ABŞ və tərəfdaşlarının, kritik və mühüm komersiya istiqamətlərinin naviqasiya sistemlərinə hücumlara dözməyəcəyini nümayiş etdirmək məqsədi ilə göndərilən mesajdlr". Ağ Evin sahibi qeyd edib ki, husitlərin azad dəniz naviqasiyasına hücumlarına cavab olaraq, bundan sonra da əlavə tədbirlər görüləcək.

ABŞ bəyan edib ki, husitlərin mövqelərinə hücumlar məqsədinə çatıb və hücum başa çatıb. Yüksək çinli amerikalı məmur bildirib ki, raket zərbələri radiolakasiya stansiyalarına və müşahidə məntəqələrinə endiriliblər.

Husitlər regionu yandıracaqlarını bəyan ediblər

Yəmən təhlükəsizlik və müdafiə komitəsinin üzvü, husitlərin nümayəndəsi Əbdülsalam Cahaf ölkə ərazilərinin kütləvi zərbələrə məruz qalmasına münasibət bildirərək deyib ki, "Biz demirik ki, hərəkətə keçəcəyik. Biz tədbir görəcəyik"... "Mənim bu üç sözümü yadda saxlayın. Biz regionu yandıracağıq"- deyə Əbdülsalam Cahaf bəyan edib.

Yəmənin xarici işlər naziri Hüseyn əl-Ezzi də, ərazilərinin bombalanmasına görə intiqam alacaqlarını bildirib: "Ölkə kütləvi hücuma məruz qalıb. London və Vaşinqton bu dəhşətli işğal hücumlarının ağır nəticələrinə görə cavab verəcək".

Görünən odur ki, "Sem dayı" istəyinə çatmağa yaxınlaşır. Yaxın Şərq cəhənnəm ocağına çevrilməkdır...

QOSHE - Yaxın Şərqdə münaqişə genişlənir - Rüstəm Hacıyev yazır - Rüstəm Haciyev
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Yaxın Şərqdə münaqişə genişlənir - Rüstəm Hacıyev yazır

7 0
12.01.2024

Gözlənildiyi kimi İsrail-Fələstin münaqişəsinin əhatəsi genişlənir. ABŞ və Böyük Britaniya atom sualtı gəmisindən atılan kütləvi Tomahawk raketləri ilə Yəmənin ərazilərinə kütləvi zərbələr endirib. Ölkənin paytaxtı Sane və liman şəhərləri raket hücumuna məruz qalıb.

Yəmən ərazilərinə raket zərbələrinin endirilməsində eyni zamanda hərbi təyyarələrdən də istifadə olunub. CNN bildirir ki, kütləvi hücum zamanı Yaxın Şərq ölkəsinin ərazilərinə esmineslərdən və "Oqayo" USS Florida sualtı gəmisindən atılan Tomaqawk qanadlı........

© Ədalət


Get it on Google Play