Rusiyanın 2022-ci ilin fevralın 24-dən Ukraynaya qarşı apardığı "xüsusi hərbi əməliyyat"-əslində işğalçı müharibə- hələ də davam etməkdədir.

Rusiya hərbi komandanlığının müharibə ərəfəsi səsləndirdikləri bəyənatlarına güvənən siyasi elita, xüsusilə də Kremlin ruporları sayılan KİV-lər, rus ordusunun uzağı bir həftəyə Ukraynanı işğal etmək ümidləri ötən iki il ərzində fiaskoya uğradı.

Nəticədə Qərbin və Birləşmiş Ştatların, müharibənin mümkün qədır uzanması və Rusiyanı çökdürmək planları tam olmasa da, nisbətən uğurlu sayıla bilər. Ukrayna xalqının, Ukrayna dövlətinin ötən iki il ərzində düşdüyü ağır vəziyyət nə okeanın o tayındakıları, nə də Qərbdəkiləri o qədər də maraqlandırmır. Əsas məqsəd Rusiyanın bir dövlət kimi çökdürülməsi, hətta parçalanmasına nail olmaqdan ibarətdir.

Rusiya Qərbin təyziqləri qarşısında hələki duruş gətirməyi bacarır. ABŞ və Qərbin Moskvaya qarşı ard-arda üəbul etdikləri antirusiya sanksiyaları da istənilın effekti vermir. Rusiya çətinliklədə olsa dözür. Düzdür bütün bunlara böyük maliyyə və insan itkiləri hesabına nail olunur. Rusiya-Ukrayna müharibəsində hər iki tərəfdən ölənlərin sayı yüz minlərlə ölçülür. İqtisadiyyata dəyən ziyanın ölçüləri isə kifayyət qədər böyük rəqəmlərlə hesablanır.

Bütün bunlara baxmayaraq nə Rusiya, nə də Ukrayna qanlı döyüş əməlliyyatlarını dayandırıb, danışıqlar masasına oturmaq barədə nəinki düşünmürlər, əksinə, üəbul olunması mümkün olmayan şərtlər irəli sürərək, faktiki olaraq sülh danışıqlarından imtina edirlər. Düzdür, ara-sıra bir çox dövlətlərin başçıları sülh danışıqları üçün vasitəçilik təklifləri ilə çıxış etməyə cəhd edirlər. Lakin, istər Rusiya, istərsə də Ukrayna rəhbərlikləri sülh danışıqlarlna başlanması üçün elə şərtlər irəli sürürlər ki, təkluf irəli sürənlər peşiman olurlar.

Bu günlərdə İsveçrədə Ukraynadakı vəziyyətin nizamlanması ilə bağlı konfrans keçirilməsi nəzərdə tutulur. Ukrayna prezidentinin təklif etdiyi "sülh formulası" ilə tanış olmaq üçün, bu konfransa Rusiya nümayəndə heyyətini də dəvət etmək istəyirlər.

Lakin, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dəvətlə bağlı bildirib ki, "Ukraynanın sülh formulası" danışıqlar xatirinə danışıqlar aparmaqdan başqa bir şey deyil. "Ona görə də, bu tipli proseslər nəticə əldə etmək üçün kifayyət qədər effekt verə bilməz".

Yəni, Rusiya "mədəni şəkildə" yenə də, Avropanın Moskva ilə danışıqlar aparmağa hazır olduqlarını göstərmək təkliflərinə "yox" deyib.

QOSHE - Zelenskinin sülh təklifi Rusiya tərəfindən qəbul olunmadı -Rüstəm Hacıyev yazır - Rüstəm Haciyev
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Zelenskinin sülh təklifi Rusiya tərəfindən qəbul olunmadı -Rüstəm Hacıyev yazır

11 0
26.02.2024

Rusiyanın 2022-ci ilin fevralın 24-dən Ukraynaya qarşı apardığı "xüsusi hərbi əməliyyat"-əslində işğalçı müharibə- hələ də davam etməkdədir.

Rusiya hərbi komandanlığının müharibə ərəfəsi səsləndirdikləri bəyənatlarına güvənən siyasi elita, xüsusilə də Kremlin ruporları sayılan KİV-lər, rus ordusunun uzağı bir həftəyə Ukraynanı işğal etmək ümidləri ötən iki il ərzində fiaskoya uğradı.

Nəticədə Qərbin və Birləşmiş Ştatların, müharibənin mümkün qədır uzanması və Rusiyanı çökdürmək planları tam olmasa da, nisbətən uğurlu sayıla bilər. Ukrayna xalqının, Ukrayna dövlətinin ötən iki il ərzində........

© Ədalət


Get it on Google Play