We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Doğma və sevimli ADPU... - Pərvin yazır

6 0 0
15.09.2018

Tələbə adını qazanmaq, universitetə qəbul olunmaq sanki azad həyata vəsiqə qazanmaq kimidir. Bir tərəfdən yeni bir mərhələ başlanır ömründə.

Seçdiyin peşəni günbəgün öyrənirsən, hər yeni mühazirəylə, seminarla bir az daha dərinlərə getdikcə, oxuduqca əslində ciddi bir həyat məktəbi keçdiyini də başa düşürsən. Hələ yeni tanışlıqlar, tələbə yoldaşlarınla başına gələn unudulmaz hadisələr, imtahanların həyəcanı və aldığın qiymətlərin sevinci... Bütün bunlar həqiqətən ciddi bir yaşam dərsidir, müstəqil həyata hazırlıqdır. Bəlkə ona görədir ki, ən məşhur, zəngin, maraqlı, fərqli həyat yaşayan adamlar da məhz tələbəlik illərini sevgiylə, nostaljiylə xatırlayırlar. Tələbəliyin romantikası öz yerində, amma həyatın bu mərhələsinin qəribə bir asudəliyi, qayğısızlığı var. Bəlkə əslində bütün bunları zaman keçəndən sonra dərk edirik. Və qəribə bir minnətdarlıq hissi ilə yada salırıq o illəri də, bizə peşəmizin incəliklərini öyrədən müəllimlərimizi də...

İlk dəfə Azərbaycan Dövlət Pedaqoji Universitetinin binasına girəndə keçirdiyim hissləri heç unutmuram. Köhnə və özünəməxsus aurası olan bina, hələ üstəlik, şəhərin mərkəzində, dənizə, bulvara yaxın... Elə bunların özü tələbəliyin maraqlı olacağını deyirdi. O vaxt burda dinləyəcəyim mühazirələrin, qatılacağım müzakirələrin dünyagörüşümə, baxışlarıma necə təsir edəcəyini bilmirdim. Amma indi, illər sonra bu universitetin müəllimi kimi həmin auditoriyalara girəndə, tələbələr qarşısında danışanda o vaxtları, öz tələbəliyimi yada salıram. Yaddaşın qəribə işləri var... Bəzən heç özün də fərqində olmadan gətirib nələrisə çıxarır gözünün önünə. Və sən bir az da gəncləşib, uşaqlaşıb o keçmiş, əslində çox da uzaqda olmayan keçmiş haqqında düşünürsən. Görünür, müəllim sənətinin bir üstünlüyü də budur, unudulmaz olmaq şansı... İnsan ömür yolunda müxtəlif adamlarla ünsiyyətdə, münasibətdə olur, amma ən çox yada düşən və unudulmayan məhz müəllimlərimizdir. Bu günlərdə məzuniyyətdən qayıdar-qayıtmaz universitetin tələbəsiz dəhlizlərinə, bir az da səliqəyə düşmüş, göz oxşayan auditoriyalarına,........

© 525-ci Qəzet