We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Eşqi var idi Şəhriyarın... - Pərvin yazır

10 0 0
01.09.2018

“Mən səndən ayrılmazdım, zülm ilə ayırdılar...”, “mənə öz yarım gərək, neynirəm özgəsini?!”, “sən sevəsən, yad ala, əcəlsiz ölüm budu”...

Bayatılardan yadımda qalan, oxşar ağrıları ifadə edən bu ayrı-ayrı misralar adamın ürəyini sızıldadır. Təkcə ona görə yox ki, folklor bütün bunları iliklərimizə işləyən sözlərlə, qulaqlarımıza yatan ifadələrlə danışır. Həm də ona görə ki, əgər bu dərdlər bayatıya mövzu olubsa, deməli, tarixi qədimdir. Tarixi qədimdirsə, kökləri illərin o üzünə bağlıdırsa, deməli, “yeri möhkəmdir”... Bayatıların dildən-dilə, ağızdan-ağıza keçərək günümüzə gəlib çıxdığını hamımız bilirik. Amma bir anlıq təsəvvür edək, necə baş verib bu? Kimsə öz hissini, ağrısını, bəlasını, müşahidəsini bu cür yana-yana sözə çevirib, məclisdə, meydanda deyib. Və bir dəyişilməz qayda var, insan daha çox öz ağrısının, dərdinin təsvirini daha tez yadında saxlayır, ürəyindən xəbər verir, ona görə. Bu mənada yüz-yüz illəri aşıb indiki zamana gəlib çıxan nə varsa, bir adamın, ikisinin, üçünün, beşinin yox, bütöv millətin, bəlkə əslində, dünyanın problemidir. Yazılı ədəbiyyatda, daha çox poeziyada eşq əzabının, ayrılığın, iztirabın ifadəsini görüncə müəlliflərin şəxsi həyatını araşdırmağa başlayır oxucu. Görən özüylə, şəxsi yaşantılarıyla nə qədər əlaqəsi var - düşünür. Yazılı ədəbiyyatdan fərqli olaraq folklor daha çox insanın ağrısını, duyğularını əks etdirir. Axı bu zəncirvari ötür-ötürdə hər kəs öz əlavəsini, öz redaktəsini edir. Ona görə bulaq suyu kimi saf gəlir adama sözlər, onların düzülüşü, qafiyə sistemi.

Rəsul Rza Təbrizdə xəyali bir dostu ilə ayrılığına həsr etdiyi “Gözəl dost” essesində yazırdı:
“Xalqın yaratdığı bu ölməz bayatıda yalnız fərdi məhəbbətin ifadəsini aramaq səhv olardı. Bu, könül iztirabının yanıqlı ifadəsi, böyük bir hissin, dərin bir məhəbbətin, saf bir duyğunun aynasıdır. Mən bu sözləri qoca bir qarının dilindən eşitdim. Bu bayatını bilməyən azərbaycanlı tapılmaz. Biz bu sözləri beşik başında anamızdan eşitmiş, səfərə çıxan atamızdan öyrənmiş, nişanlı yolunu gözləyən gəlinlərin yanıqlı səsində dinləmişik. Lakin bu gün yetmiş yaşlı bir qarının bu sözləri təkrar edə-edə gözlərini uzaqlara dikdiyini, bəlkə də xəyalında ömrün ağır illərinin kölgə salıb dumanlatdığı şirin bir xatirəni aradığını görəndə, mənim də könlümdə həsrət duyğusu, bir həqiqət, hicran ağrısı baş qaldırdı”.

Söhbət “Qızıl gül olmayaydı” misralı bayatıdan gedir. İllər sonra Rəsul Rza eyniadlı poema yazacaqdı və ayrılıqların ən zülümlüsünü, geriyə dönüşü olmayan gedişlərin ən dəhşətlisini məhz bu misralarla bağlayacaqdı.

Məhəmmədhüseyn Şəhriyarın bioqrafiyası da, şeirləri də bu cür qəmli bayatı kimi gəlir adama. Elə bil bütün ayrılıq şeirləri, bayatıları onun ömrünün boyuna biçilib. Bütün həsrətlər onun poeziyasının şah misralarının yaranmasına, yazılmasına səbəb olub. Bir yandan ikiyə bölünmüş vətəninə görə ağrı-acı, bir tərəfdən də şəxsi həyatındakı sarsıntılar. Və bu sarsıntıların ən dəhşətlisi...



MƏNDƏN AŞAĞI KİMSƏ YOX...

Seyid Məhəmmədhüseyn Şəhriyarın atası Hacı Mirağa hüquqşünas, anası Kövkəb xanım şifahi xalq ədəbiyyatına, klassik şeirə böyük marağı olan ziyalı bir qadındı. Söz, şeir, ədəbiyyat, kitab mühitində böyüyən Şəhriyarın uşaqlıqdan anasının, atasının dilindən eşitdiyi şeirlər sonralar onun yaradıcılığına təsir etdi. Anası Seyid Əzim Şirvani heyranı olduğu üçün oğlunda da bu şairə sevgi aşılamışdı. Yəqin elə buna görə də Şəhriyar yaradıcılığında Seyid Əzim Şirvanidən təsirlənmələr, onun qəzəllərinə nəzirələr çoxdur.

Bir yandan ədəbiyyat, sənət mühitinə böyük marağı, digər tərəfdən aldığı mükəmməl təhsil, həmçinin, İranda şah rejiminə qarşı ardıcıl davam edən üsyan ab-havası, bütün bunlar Şəhriyarın sənətinə təsirsiz ötüşmədi. Amma şairin bioqrafiyasına nəzər salanda bir hadisə bütün bu sadaladıqlarımdan daha təsirli gəlir adama. Bilmirəm, bəlkə içərisində yaşadığımız dünyadan baxanda belə dözülməz görünür bu fakt, bəlkə şairin bioqrafiyasının başqa səhifələri, ayrı yaşantıları bundan daha mühümdür. Amma söhbət şair olmaqdan gedirsə, bu itkini, ağrını nəzərə almamaq olmaz. Axı sənətin kökündə........

© 525-ci Qəzet