We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Sabaha sevgiylə - Fotolar - Video

9 0 0
05.01.2019

Adama elə gəlir ki, bütün bayramlar uşaqlıqda qaldı... “Sevinc” sözü də uşaqlıqla, balacalarla assosiasiya yaradır.

Zaman, lap ən firavan həyat belə sevincləri korşaldır, yaxud ən azı “təəccüb” duyğusunu zəiflədir. Əslində, müxtəlif ifadələr axtarıb yumşaltmaq istədiyim fikir odur ki, bayram balacalardan ötrüdür. Və bu günlərdə Gənc Tamaşaçılar Teatrının yeni il şənliklərini izlədikcə uşaqların sevincini, marağını seyr elədikcə bir çox məsələlərdə onlara nə qədər “uduzduğumuzu” bir daha anladım. Amma həm də millətin uşaqlara olan unikal, qeyri-adi münasibətindən, həssaslığından təsirləndim. Teatrın geniş foyesində uca və işıqlı şam ağacı ətrafında klassik və müasir nağıl qəhrəmanları, Şaxta baba, qar qız, bir də uşaqlar... Üstəgəl, musiqi, rəqslər, oyunlar. Balacaların sevinci, sevdikləri cizgi filmi, tamaşa qəhrəmanlarına qoşulub atılıb düşmələri, oynamaları, əylənmələri təbiidir. Amma daha təsirli olan valideynin, böyüklərin münasibətidir. Bu günlərdə övladlarını səliqə ilə, həm də ardıcıl teatra gətirən, onların gözəl vaxt keçirməsi üçün şərait yaradan valideynləri müşahidə etdikcə işıqlı, ümidli fikirlərlə doluram və düşünürəm görünür, millət olaraq əsas üstün cəhətlərimizdən biri budur; balacalara diqqətimiz və mərhəmətimiz, hətta çox vaxt aşırı sevgimiz. Bir də millətin maariflənməsi üçün çalışan, ömrünü bu işə həsr edən ziyalılarımızın yerinə sevinir adam; niyyətləri baş tutub, mübarizələri boşa çıxmayıb, yerinə yetib deyə... Axı, “oxutmuram, əl çəkin” zamanından çox da uzun vaxt keçməyib, amma indi məktəblilərin əlindən teatrda ayaq qoymağa yer yoxdu...

Balacalardan ötrü əyləncə olan, teatrın əməkdaşları üçün işdir və bayram günlərində, hamının istirahətə zaman ayırdığı bir vaxtda aktyorların necə həssaslıqla işləməsi, bütün qüvvələri ilə balacaları əyləndirməyə çalışması son dərəcə maraqlı, həm də düşündürücü məqamdı. Foyedəki tədbirdən sonra “Qar kraliçası” tamaşasına baxdıqca da bu fədakarlığı düşünürəm. Bir az əvvəl foyedə “Şirin” simasında üz-gözünü maviyə boyamış Anar Seyfullayev tez-tələsik qrimini silib, əynini dəyişib Kay obrazını canlandırır və bunu hər gün bir........

© 525-ci Qəzet