Biz nəyə və niyə etiraz edirik?

İlham Hüseyn

Bu mövzuda çox yazılıb, çox deyilib. Amma mövcud vəziyyət vadar edir ki, məsələyə bir daha toxunaq, aparılan təbliğatın yanlışlığını çılpaq formada göstərək. Məsələ budur ki, son bir həftədə rəsmi təbliğat anti-Avropa, anti-Qərb libasına bürünüb və hamını da bu libasa bürünməyə təhrik edir. Dəyərlərin libasını geyinən adamlara isə anti-milli, agentura, vətən xaini damğası vurulur. Ən pisi də budur ki, bütün bu “strategiya” vətənpərvərlik, dövlətçilik adı altında həyata keçirilir və bu yolla daxili auditoriyanın həssas hisslərinə təmas edilir. Real vəziyyətə çılpaq baxanda isə məlum olur ki, bütün bu həngamə dövlət-vətən sevdasının deyil, avtoritarizmə sədaqətin təzahürüdür. Mövcud siyasət Ermənistanın müttəfiqlərini artırmağa, Azərbaycanı sivil dünyadan təcrid etməyə, dövlətin yerini və rolunu qısırlaşdırmağa xidmət edir. Qarabağ probleminin həlli demokratiyadan qaçış üçün fürsətə çevrilib ki, bu da dövlətin dərin və uzunmüddətli yaralar almasını zəruri edir.

İnkişafa inteqrasiya

Biz ” Qərbə inteqrasiya”, “Avropayla sıx əməkdaşlıq” dedikdə, Şərqlə düşmənçiliyi nəzərdə tutmuruq. Orta Asiya seçimini tənqid etməyimiz həmin ölkələrə nifrətlə bağlı deyil. Biz qonşu dövlətlərlə, həmişə tənqid etdiyimiz Rusiya ilə daimi və təbii müttəqfiqliyin tərəfdarıyıq. Orta Asiya ölkələrinin demokratikləşməsindən yanayıq, “Türk dövlətləri birliyi” ifadəsinin pafosa deyil, hüquqa, ədalətə, azadlığa söykənməsinin tərəfdarıyıq. Yəni, biz hansısa dövləti, xalqı hədəf seçmirik, həmin ölkələrdəki mövcud idarəçiliyə qarşıyıq. Ümumi mənzərədə baxsaq, bütün xalqların rifah içində yaşamağını, ümumbəşəri dəyərlərə tapınmağı təbliğ edirik. Bu isə anti-milliliyin deyil, dünyanı yaşanacaq hala gətirmək istəyinin göstəricisidir.
ABŞ-la münasibətlərə gəlincə, biz bu ölkənin qara qaşına heyran olduğumuz üçün yox, öz ölkəmizin “göz”lərinin iti görməsi üçün canfəşanlıq edirik. Hazırki vəziyyətdə ABŞ-la düşmən olub, Orta Asiyanın siyasi çətiri altına girmək, dövlətin gözlərini əlil etməkdi.
Ümumiyyətlə, diplomatiya söyüş, təhqir, qarğış, lənət sənəti deyil. Dövlətlər arasındakı hər hansı anlaşılmazlıqları masa arxasında, siyasətin diliylə çözmək lazımdır və bunun yüzlərlə nümunəsi var.

Qərbi qarğışlamaq necə bumeranqa çevrilir?

30 ildir davam edən anti-Qərb təbliğatının nəticəsi onu göstərir ki, ölkədən Şərqə axın olmadı. Yəni, rəsmi təbliğatın “ermənipərəst”, “islamafob” adlandırdığı istiqamətdən imtina yoxdur. Əksinə, yüzminlərlə həmvətənimiz Avropaya, ABŞ-a üz tutub və bu gün də bu axın davam edir. Adamlar övladlarını Avropada oxutmaq, Avropa standartlarından yararlanmaq istəyir. İndi belə çıxır ki, yüzminlərlə Azərbaycan vətəndaşı anti-millidir, dövlətini sevmir? Görürsüz necə absurd vəziyyət yaranır? Qərbi söyənlərin bir hissəsi də Qərbdə təhsil alıb, yaxud övladları Qərb ölkələrində oxuyur, biznes qurur, vətəndaşlıq alır və.s Niyə? Çünki təminat var, qanun işləyir, təhsil-səhiyyə keyfiyyətlidir, məhkəmə müstəqildir və.s
Biz də Azərbaycan insanının ağzını sulandıran Qərb reallıqlarının ölkəmizdə olmasını istəyirik. Və bu milli kökdən ayrı düşmək, adət-ənənəyə arxa çevirmək, dilə-dinə qarşı çıxmaq deyil. Əksinə, vətəndaşı öz ölkəsinə bağlamaq, həqiqi vətənpərvərliyə nail olmaq, dövlətin sütunlarını möhkəmlətməkdir. Ən böyük anti-millilik ədaləti öldürmək, vətəndaşın seçim haqqını əlindən almaq, repressiya maşınının sükanı arxasına keçmək, milyardları talan etmək, hüquqsuzluğu normaya çevirməkdir ki, bunu da ABŞ, Avropa etməyib. Bizim bütün bəlalarımız dövlətə obyekt kimi baxmaq təfəkküründən doğub və böyüyür. İndiki bayağı təbliğat müəyyən bir təsir yarada bilər. Amma geniş mənada heç kim oraları baykot etmir və bumeranq effektli nəticənin şahidi oluruq.

Və nəhayət

Əgər elm-texnologiya, şəffaf seçki, ədalətli məhkəmə, sosial rifah, dayanıqlı iqtisadiyyat, azadlıqlar Rusiyada olsaydı, biz Rusiyaya inteqrasiyanın carçısına çevriləcəkdik. Orta Asiya ölkələrində olsaydı, həmin ölkələrdəki müsbət tendensiyalardan yararlanmağa israr edəcəkdik. İndiki reallıqda isə inkişafın mənzilinə Qərb şossesi ilə şütüyərək çatmaq mümkündür. Biz nəyi və niyə istədiyimizi yaxşı bilirik. Və bizim arzu və istəklərimizin tərkibinə baxanda aydın görünür ki, ən böyük dövlətçi, ən böyük vətən sevdalısı, xalqı təmənnasız sevən bizik və israrımız da sağlam niyyətimizdən doğur.

QOSHE - Ümumbəşəri dəyərlərə tapınmaq anti-millilikdir? - İlham Hüseyn - Ilham Hüseyn
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Ümumbəşəri dəyərlərə tapınmaq anti-millilikdir? - İlham Hüseyn

7 0
27.11.2023

Biz nəyə və niyə etiraz edirik?

İlham Hüseyn

Bu mövzuda çox yazılıb, çox deyilib. Amma mövcud vəziyyət vadar edir ki, məsələyə bir daha toxunaq, aparılan təbliğatın yanlışlığını çılpaq formada göstərək. Məsələ budur ki, son bir həftədə rəsmi təbliğat anti-Avropa, anti-Qərb libasına bürünüb və hamını da bu libasa bürünməyə təhrik edir. Dəyərlərin libasını geyinən adamlara isə anti-milli, agentura, vətən xaini damğası vurulur. Ən pisi də budur ki, bütün bu “strategiya” vətənpərvərlik, dövlətçilik adı altında həyata keçirilir və bu yolla daxili auditoriyanın həssas hisslərinə təmas edilir. Real vəziyyətə çılpaq baxanda isə məlum olur ki, bütün bu həngamə dövlət-vətən sevdasının deyil, avtoritarizmə sədaqətin təzahürüdür. Mövcud siyasət Ermənistanın müttəfiqlərini artırmağa, Azərbaycanı sivil dünyadan təcrid etməyə, dövlətin yerini və rolunu qısırlaşdırmağa xidmət edir. Qarabağ probleminin həlli demokratiyadan qaçış üçün fürsətə çevrilib ki, bu da dövlətin dərin və uzunmüddətli yaralar almasını zəruri edir.

İnkişafa inteqrasiya

Biz ” Qərbə inteqrasiya”, “Avropayla........

© Azadliq


Get it on Google Play