Natiq Güləhmədoğlu

Məhəmməd Əmin bəy elə azərbaycanlılardandır ki, onu riyakarlıq etmədən aramsız iki saat tərifləyə bilərəm.
Rəsulzadənin tarixi missiyasın kənara qoyun, o hər insana, siyasətçiyə qismət olmayan şeydir-buna söz yox.
Məsələ ondadır ki, bu bəy son dərəcə nəcib, mənəviyyatlı, alicənab və müdrik çağdaş insan olmuşdur. Onun zamanın ruhunu tutmaq bacarığı, obyektivliyi əsərlərini, qeydlərini oxuyanda məni hədsiz heyrətləndirir. Zamanın ruhunu dedikdə, “zəmanə adamı” demirəm, dövrün yeni ideyalarını hiss etmək, özünü yeniləməyi nəzərdə tuturam.

Gənclər, xahiş edirəm, onun Cümhuriyyət zamanı parlamandakı çıxışlarını, replikalarını oxuyun (bu kitab kimi çap olunub, internetdən tapa bilərsiniz). Olduqca hazırlıqlı, korrekt və ədalətli.
Rəsulzadənin Azərbaycançılığı fövqəladə güclü olmuş, o bunu heç kimə, heç nəyə-hətta qardaş Türkiyiyəyə güzəşt etməmiş, son anına qədər bu əqidəyə sadiq qalmış, min bir cəfa görmüşdür.

İnsanı tanımaq çətin söhbətdir. Biz həmişə insanı natamam tanıyırıq.
Nisbi də olsa, insanı tanımağın bir neçə yolu var. Birini Martin Haydegger göstərib. Deyirdi ki, insana öləndən sonra qiymət verilməlidir. Yəni, kitab-dəftər bağlandıqdan sonra. Haydegger ekzistensializmin banilərinəndir. Onlara görə insan yeganə varlıqdır ki, o tərəfə də, bu tərəfə də dəyişmək potensialı var. Ona görə, nə qədər canı üstündədir, qəti demək olmaz, bu adam yaxşı adamdır, bu isə pis. Çünki, yaxşı adam bir anın içində pis kopoyoğluya dönə bilər, pis adam da bir anın içində dünyanın xilaskarına. Buna görə deyirlər ki, dəqiq qiymət öləndən sonra insanın yaxşı-pisini o tərəf bu tərəf edib verilməlidir. Bu yolla Rəsulzadəyə “5” düşür.
Şəxsiyyəti, fədakarlığı, dönməzliyi, təmannasızlığı ilə o bu qiymətə layiqdir.

İnsanın tanımağın bir yolu düşmənlərinin onun barədə nə danışmasıdır. Biz 2-ci dünya müharibəsi başlayana qədər Azərbaycan bolşevik mətbuatını incələsək görəcəyik: burda əsas hədəf Rəsulzadə olub. Deyəcəksiniz, başqaları bəyəm vardı ki? Əlbəttə vardı. Hətta sizə deyim, məsələn, Xosrov bəy Sultanov radikallıq baxımından sovetlərə daha ciddi ziyan vururdu. İranda məskunlaşıb, ordan bəri keçərək, “sosialist təsərrüfatına” ciddiyi xətər törətdirirmiş. Ancaq, Xosrov bəy də, başqaları da heç zaman sistemli, dərin məzmunda Rəsulzadəyə çatmayıb.
O, həqiqətən nadirdir.

Siz onun səs yazısını dinləmisiniz də. O “əl boyda” səs yazısındakı səmimiyyəti hiss edən yəqin, tək mən deyiləm. Yeri gəlmişkən, ənənəni pozmayıb, o səs yazısına görə, ABŞ-a da təşəkkür etməyi unutmayaq. Bilməyənlərə xatırladaq ki, səs yazısını “Amerikanın səsi” radiosu qeydə alıb və bizə ötürüb.

Bu fotoda siz Rəsulzadənin barmağında üzük görəcəksiniz. Mən biləni, bizdə rəhbərlərin heç birinin belə üzüklü fotosu yoxdur.

Ruhun şad olsun!

QOSHE - O,həqiqətən nadirdir - Natiq Güləhmədoğlu - Natiq Güləhmədoğlu
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

O,həqiqətən nadirdir - Natiq Güləhmədoğlu

7 0
31.01.2024

Natiq Güləhmədoğlu

Məhəmməd Əmin bəy elə azərbaycanlılardandır ki, onu riyakarlıq etmədən aramsız iki saat tərifləyə bilərəm.
Rəsulzadənin tarixi missiyasın kənara qoyun, o hər insana, siyasətçiyə qismət olmayan şeydir-buna söz yox.
Məsələ ondadır ki, bu bəy son dərəcə nəcib, mənəviyyatlı, alicənab və müdrik çağdaş insan olmuşdur. Onun zamanın ruhunu tutmaq bacarığı, obyektivliyi əsərlərini, qeydlərini oxuyanda məni hədsiz heyrətləndirir. Zamanın ruhunu dedikdə, “zəmanə adamı” demirəm, dövrün yeni ideyalarını hiss etmək, özünü yeniləməyi nəzərdə tuturam.

Gənclər, xahiş edirəm, onun Cümhuriyyət zamanı parlamandakı çıxışlarını, replikalarını oxuyun (bu kitab kimi çap olunub,........

© Azadliq


Get it on Google Play