Rövşən Hacıbəyli

Bu planı “dağılan” Almaniya, “ermənipərəst” Fransa, “ikiüzlü” İngiltərə şirkətləri hazırlayıb

Yeni ilə paytaxt üçün köhnə olan bir problemin – Bakının Baş Planının yenidən gündəmə gəlməsi ilə başlamışıq. Bəzi saytlarda Sumqayıt sakinlərinə ünvanlanan şad xəbərlər yerləşdirilib. 2040-cı ilə qədər onların Bakıya gediş-gəlişində problem olmayacağı bildirilir.

Sumqayıt sakinləri sevinməkdə olsunlar, qayıdaq Bakıya. Paytaxtda tikinti bumu başlamazdan öncə görüləsi iş indi yada düşüb. Bakı yetərincə bərbad günə salınandan, pərakəndə şəkildə, kim harda tapdı, harda qapdı binalar tikdikdən sonra Baş Plan hazırlanıb. Bu iş də ənənəvi olaraq xarici şirkətlərə verilib. Layihələrin hansı məbləğə sifariş verildiyi açıqlanmır, heç 2040-cı il şokunu xalqa yaşadan saytlar da bunu araşdırmaqda maraqlı görünmür.

Azərbaycanın memarlıq ənənələri, memarları ilə həmişə fəxr edənlər də niyə bu işlərin yerli mütəxəssislərə deyil, xaricilərə tapşırıldığının səbəbini soruşmur.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi var, illərdir bu komitəyə büdcədən milyonlar ayrılır, layihə hazırlamaq məsələsi gündəmə gələndə xarici şirkətlərə üz tuturlar. İşğaldan azad edilən rayonlarımızın da bərpa layihələri xarici şirkətlərə tapşırılır, ancaq bu şirkətlərlə bağlanan müqavilələrin dəyəri də açıqlanmır.

“Bakı şəhərinin Baş Planı Almaniyanın AS+P Albert Speer + Partners şirkəti (şəhərsalma, nəqliyyat planlaşdırması), layihə tərəfdaşları olan Birləşmiş Krallığın Ramboll şirkəti (infrastruktur, mühəndis sistemləri, ətraf mühit), EY Advisory şirkətinin Fransa ofisi (şəhər iqtisadiyyatı) və BDLİ – Bakı Dövlət Layihə İnstitutu (memarlıq-planlaşdırma) ilə birgə hazırlanıb. Layihə ilə əlaqədar işlərin gedişinə nəzarətin həyata keçirilməsi, layihənin idarə edilməsi və maraqlı tərəflərin iştirakının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilati strukturu daxilində Layihə İcra Qrupu (LİQ) yaradılıb. Baş Planın layihə konsepsiyasının hazırlanmasında layihə komandasının dəstəklənməsi və strateji layihələrin hazırlanması məqsədilə LİQ daxilində Boston Konsaltinq Qrupun (BCG) fəaliyyəti təşkil edilib”.

Bunlar yeni layihənin giriş hissəsində yazılanlardır. Layihə ilə bağlı xarici tərəfdaşlardan yalnız Almaniyanın AS+P Albert Speer + Partners şirkətinin saytında kiçik məlumat var.

“Bakının ilk Baş Planını 1898-ci ildə o dövrun məşhur memarı N.A.fon Der Nonne hazırlayıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə respublika Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib” – bu məlumat bir çox mənbədə var.

Bakının yeni Baş Planında nəzərdə tutulan işlərdən biri də metro tikintisi ilə bağlıdır. Hələlik bu sahədəki vəziyyətlə sizi tanış edək.

““Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 18 mart tarixli Sərəncamına uyğun olaraq “Bakı metropoliteni Xətlərinin Konseptual Sxemi” təsdiq edilmişdir. Ona əsasən, 20 ildə 83,4 kilometr tunellərin və 53 stansiyanın tikintisi nəzərdə tutulmuşdur. Bununla da Bakı metrosunda stansiyaların sayı 76-ya çatdırılacaq və metropoliten xəttində 5 müstəqil metro xətti olacaqdır”.

Bu açıqlama 2011-ci ildə veriləndə Bakı metropoliteni 2 xətdən (İçərişəhər-Həzi Aslanov və Dərnəgül-Xətai), 23 stansiya və 34,56 km dəmir yol xəttindən ibarət idi.
2022-ci ildə “Xocahəsən” stansiyasının açılmasıyla metropoliten xətlərinin, uzunluğu 40,7 kilometr olmaqla, 3 xətt üzrə stansiyalarının sayı 27-yə çatdırıldı.

İndiyə qədər aparılan siyasətin, verilən bəzi vədlərin boşa çıxmasının nəticəsi olaraq, mümkündür ki, 2040-cı il ərəfəsində Bakının daha bir yeni Baş Planı gündəmə gəlsin, metro stansiyalarının tikintisi növbəti illərə ötürülsün. Bir politoloq demişkən, nə desən, ola bilər…

20 ildə (2011-2031-ci illər) 83,4 km tunel, 53 stansiya açmağı qarşısına məqsəd qoyan metropoliten idarəsi 11 ildə cəmi 6 km “irəliləyə” bilib, stansiyaların sayını 27-yə çatdırıb. 20 ilin tamamına, yəni 2031-ci ilə 7 il qalır, vədi yerinə yetirmək üçün bu 7 ildə 49 stansiya tikilib istifadəyə verilməlidir.

Uzağa getməyək, heç Avropa ölkələrini də misal gətirməyək. Azərbaycanla eyni vaxtda müstəqillik qazanmış Özbəkistanda təkcə 2020-ci ildə ümumi uzunluğu 21,4 km olan 14 yeni metro stansiyası tikilərək istifadəyə verilib. Daşkənd metrosunun ümumi uzunluğu 58,5 km-dən çoxdur, 43 stansiya fəaliyyət göstərir.

Göründüyü kimi, vədin yerinə yetirilməsi mümkünsüzdür, ona görə yeni Baş Planda metro nəqliyyatı ilə bağlı da perspektivdə işlər görüləcəyi göstərilib. Plan 2023-cü ilin 30 dekabrında təsdiqlənsə də, istinad 2020-ci ilədir. Orada göstərilir ki, 2020-ci ildə paytaxtda metro xəttinin uzunluğu 36.6 km-dir. 2027-ci ilə qədər bu göstərici 45.8 km olmalıdır. İndi metro xəttinin uzunluğu 40,7 kilometr göstərilir, sonuncu – “Xocahəsən” stansiyasının açılışından sonra.

Belə çıxır ki, 2027-ci ilə qədər cəmi 4.3 km metro xətti çəkiləcək. İlham Əliyevin 2011-ci il 18 mart tarixli Sərəncamı ilə “Bakı metropoliteni Xətlərinin Konseptual Sxemi” planı baş tutmayacaq, çünki həmin sxemə görə, 20 ildə, yəni 2011-ci ildən 2031-ci ilə qədər 83,4 kilometr tunel və 53 stansiyanın tikintisi nəzərdə tutulmuşdu. Yeni baş plandasa 2040-cı ilə qədər 73.4 km xəttin çəkiləcəyi, 46 stansiyanın açılacağı göstərilib. Görünür, İlham Əliyevin 2013-cü ildə dediyi məşhur “bəlkə, bir az yavaşlayaq” tezisini həyata keçirməyin vaxtı gəldiyini anlayıblar; gec də olsa… Yavaşlayıblar, 2031-ci ilə 53 stansiya tikməyi hədəfləyənlər indi 2040-cı ilə 46 stansiya tikməyi planlayıblar.

İndiyə qədər aparılan siyasətin, verilən bəzi vədlərin boşa çıxmasının nəticəsi olaraq, mümkündür ki, 2040-cı il ərəfəsində Bakının daha bir yeni Baş Planı gündəmə gəlsin, metro stansiyalarının tikintisi növbəti illərə ötürülsün. Bir politoloq demişkən, nə desən, ola bilər…

Uzun illərdir “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” həyata keçirilir, hələlik hər şey kağız üzərində gedir, 100 milyard manatdan artıq vəsait xərclənib, 2 milyondan cox iş yeri açılıb, o üzdən regionların əhalisi həmin inkişafı görmək üçün paytaxt Bakıya axışır…

Meydan tv

QOSHE - Köhnə Bakının yeni Baş Planı - Rövşən Hacıbəyli - Rövşən Hacibəyli
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Köhnə Bakının yeni Baş Planı - Rövşən Hacıbəyli

9 0
13.01.2024

Rövşən Hacıbəyli

Bu planı “dağılan” Almaniya, “ermənipərəst” Fransa, “ikiüzlü” İngiltərə şirkətləri hazırlayıb

Yeni ilə paytaxt üçün köhnə olan bir problemin – Bakının Baş Planının yenidən gündəmə gəlməsi ilə başlamışıq. Bəzi saytlarda Sumqayıt sakinlərinə ünvanlanan şad xəbərlər yerləşdirilib. 2040-cı ilə qədər onların Bakıya gediş-gəlişində problem olmayacağı bildirilir.

Sumqayıt sakinləri sevinməkdə olsunlar, qayıdaq Bakıya. Paytaxtda tikinti bumu başlamazdan öncə görüləsi iş indi yada düşüb. Bakı yetərincə bərbad günə salınandan, pərakəndə şəkildə, kim harda tapdı, harda qapdı binalar tikdikdən sonra Baş Plan hazırlanıb. Bu iş də ənənəvi olaraq xarici şirkətlərə verilib. Layihələrin hansı məbləğə sifariş verildiyi açıqlanmır, heç 2040-cı il şokunu xalqa yaşadan saytlar da bunu araşdırmaqda maraqlı görünmür.

Azərbaycanın memarlıq ənənələri, memarları ilə həmişə fəxr edənlər də niyə bu işlərin yerli mütəxəssislərə deyil, xaricilərə tapşırıldığının səbəbini soruşmur.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi var, illərdir bu komitəyə büdcədən milyonlar ayrılır, layihə hazırlamaq məsələsi gündəmə gələndə xarici şirkətlərə üz tuturlar. İşğaldan azad edilən rayonlarımızın da bərpa layihələri xarici şirkətlərə tapşırılır, ancaq bu şirkətlərlə bağlanan müqavilələrin dəyəri də açıqlanmır.

“Bakı şəhərinin Baş Planı Almaniyanın AS P Albert Speer Partners şirkəti (şəhərsalma, nəqliyyat planlaşdırması), layihə tərəfdaşları olan Birləşmiş Krallığın Ramboll şirkəti (infrastruktur, mühəndis sistemləri, ətraf........

© Azadliq


Get it on Google Play