Rövşən Hacıbəyli

“Sən məscidi qışqır, qoy bəhanə məscid olsun”

Son günlər AzTV-lər yenə politoloq, siyasi şərhçi, analitik, ekspertlərlə dolub-daşır. Hədəf bəllidir. İkili standart yürüdən Qərb, Azərbaycanı sevməyən qüvvələr, Azərbaycandakı inkişafı görmək istəməyənlər…

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyəti ilə bağlı qərarından sonra bu adamlara yenidən geniş meydan verilib. Dünən təriflədiklərini bu gün eyni şövqlə tənqid edir, asıb-kəsirlər. Əsas hədəflərdən biri Fransadır. O Fransa ki, bu hakimiyyətin ən yaxını, əzizi, ən çox getdiyi yer kimi tanınıb. Ora tez-tez səfərlərlə bağlı xəbərləri elə AzTV-lərdən eşitmişik, həmin politoloqlar, analitiklər, siyasi şərhçilər… bu səfərlərin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verdiyini, bunun da müdrik, uzaqgörən siyasətin nəticəsi olduğunu deyirdilər.

Heydər Əliyev Fondu da uzun illərdir Fransada tarixi abidələrin, muzeylərin, kilsələrin təmirinə milyonlar xərcləyir. Strasburqda kafedral kilsəni təmir edib. Hər il Kann festivalında Azərbaycan mədəniyyətinin təbliği adıyla tədbirlər keçirir, yemək-içmək verir. Azərbaycan əleyhinə qərar çıxarılan Strasburqda dəfələrlə sərgilər keçirib, konsertlər verib, ziyafətlər olub. Fransada keçirilən belə tədbirlərin sayı 50-dən çoxdur. Bütün bu tədbirlər Azərbaycan torpaqlarının işğalda olduğu illərdə baş tutub. Fransa üçün çəkilən xərclər, verilən qonaqlıqlar rəsmi Parisin siyasətinə, ermənipərəst mövqeyinə heç vaxt təsir göstərməyib; dünən də, bu gün də həmin siyasətdir…

AŞPA son qərarıyla, əslində, Azərbaycanda qarışıqlıq salmaq niyyətini ortaya qoyub. Çünki Azərbaycandan tələbləri içərisində xeyli haqlı məqamlar var: insan haqları pozulur, sərbəst toplaşmaq azadlığı yoxdur, siyasi məhbuslar var, jurnalistlər həbs olunur, siyasi partiyaların fəaliyyət imkanları, demək olar, yoxdur, seçkilər saxtalaşdırılır, müstəqil QHT-lər sıradan çıxarılıb… hələ sadalamadığımız başqa problemlər var. Haqlı tələblərdir. Ancaq bu problemlər bu günün, dünənin problemləri deyil axı, illərdir bundan əziyyət çəkirik. Bu problemləri yerli müxalif siyasətçilər, hüquq müdafiəçiləri, ictimai-siyasi fəallar illərdir vurğulayır. 30 il idi torpaqlarımız işğaldaydı, qaçqın problemi yaşayırdıq. 2001-ci ildən üzvü olduğumuz AŞPA bu illərdə sadalanan bütün problemlərə göz yumub, ya da kimsənin xətrinə dəyməyəcək bəyanatlar verib. Saxta seçkiləri çox vaxt “irəliyə doğru bir addım” kimi qiymətləndirib. Azərbaycan nümayəndə heyətinin səs hüququnu almasının başlıca səbəbi də bu problemlər deyil, Qarabağ məsələsidir. İndi sadəcə ikibaşlı oyun oynayır, sanki daxildə özünə dəstək qazanmaq istəyir. Bilir ki, Qarabağ problemi ilə bu məsələlərin həllini tələb etmək fikir müxtəlifliyi yaradacaq, AŞPA-nın tələblərini haqlı sayanların qanını yenə kimlərsə yoxlamağı istəyəcək.

Azərbaycan hakimiyyəti də sadalanan bütün iradları bir kənara qoyub Qarabağdan yapışıb. Azərbaycan cəmiyyəti üçün həssas və incə məqam. Lap Cəfər Cabbarlının “Almaz” pyesində olduğu kimi ancaq bir məsələni qabardırlar: “Sən məscidi qışqır, qoy bəhanə məscid olsun”.

Avropanı ermənipərəstlikdə ittiham edir. Qələbəmizi, torpaqlarımızı işğaldan azad etməyimizi gözü götürmədiyini deyir, dedizdirir. Haqlıdırmı? Bu hissədə haqlıdır, ancaq bundan qabaq sadalanan çoxsaylı problemlər harda qaldı, onlar necə olsun, onun cavabını kim verəcək?
Əlində telekanallar var, kimi nə qədər istəyirsən, söyə bilərsən. Söyür də. Fransanı ağ yuyub qara sərir. Üstəlik, əlinə fürsət də düşüb. Uzun müddətdir fermerlərin Fransada keçirdiyi etiraz aksiyası da işə yarayıb. AzTV-lər Fransada fermerlərin etiraz aksiyalarına geniş efir vaxtı ayırır. Müxtəlif şəhərlərdən süjetlər verir, bunu ölkəni idarə edənlərin bacarıqsızlığı kimi qələmə verir. Ancaq bu aksiyaları ölkədə demokratiyanın göstəricisi, sərbəst toplaşmaq azadlığı, hər kəsin etiraz hüququnun olması kimi dəyərləndirmir. Xatırlayırsınızsa, Azərbaycanda da fermerlərin su qıtlığı ilə bağlı etiraz aksiyası olmuşdu, elə də kütləvi deyildi, ancaq o aksiya polis gücünə dağıdıldı, etirazçılar rezin güllələrə tuş gəldi. İndi təsəvvür edin, həmin etirazçılar bu aksiyanı paytaxt Bakıda keçirsəydilər, hansı zorakılıqlarla üzləşərdilər.

Meydan tv

QOSHE - Politoloqların Parisi partlatmaqlığı - Rövşən Hacıbəyli - Rövşən Hacibəyli
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Politoloqların Parisi partlatmaqlığı - Rövşən Hacıbəyli

10 0
30.01.2024

Rövşən Hacıbəyli

“Sən məscidi qışqır, qoy bəhanə məscid olsun”

Son günlər AzTV-lər yenə politoloq, siyasi şərhçi, analitik, ekspertlərlə dolub-daşır. Hədəf bəllidir. İkili standart yürüdən Qərb, Azərbaycanı sevməyən qüvvələr, Azərbaycandakı inkişafı görmək istəməyənlər…

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyəti ilə bağlı qərarından sonra bu adamlara yenidən geniş meydan verilib. Dünən təriflədiklərini bu gün eyni şövqlə tənqid edir, asıb-kəsirlər. Əsas hədəflərdən biri Fransadır. O Fransa ki, bu hakimiyyətin ən yaxını, əzizi, ən çox getdiyi yer kimi tanınıb. Ora tez-tez səfərlərlə bağlı xəbərləri elə AzTV-lərdən eşitmişik, həmin politoloqlar, analitiklər, siyasi şərhçilər… bu səfərlərin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verdiyini, bunun da müdrik, uzaqgörən siyasətin nəticəsi olduğunu deyirdilər.

Heydər Əliyev Fondu da uzun illərdir Fransada tarixi abidələrin, muzeylərin, kilsələrin təmirinə milyonlar xərcləyir. Strasburqda kafedral kilsəni təmir edib. Hər il Kann........

© Azadliq


Get it on Google Play