We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Alternativsiz Ramiz Mehdiyev

2 0 0
26.04.2018

Xaliq Bahadır

Ramiz Mehdiyev 49 ildir alternativsiz olaraq Əliyevlərin, Əliyevlər hakimiyətinin qulluğundadır. Bu alternativsizliyin kökündə Əliyevlərin Azərbaycana, Azərbaycan xalqına yağılığını bölüşmə faktı dayanır. R.Mehdiyev uzun illərdən bəri o yağılığı yalnız bölüşməklə qalmayıb, alternativsiz olaraq onun gerçəkləşdirilməsinə çalışıb, bu gün də çalışmaqdadır. Prezident administrasıyasının, eləcə də Antikorrupsiya komisiyasının dəyişməz başçısı olan R.Mehdiyev Əliyevlər hakimiyəti boyunca dövləti bütünlüklə qapsamış korrupsiya sisteminin baş ideoloqudur. Üç-dörd il qabaq üstü açılan Elşad Abdullayev-Gülər Əhmədova faktı R.Mehdiyevin dövlət korrupsiya sistemində necə önəmli rol oynadığını açıq göstərir.

Bəlli olduğu kimi, korrupsiya yalan rejimi üzərində qurulur. Korrupsioner rejim yalansız yaşaya bilməz. R.Mehdiyev bu baxımdan da Əliyevlər üçün alternativsizdir. Onun etdiyi çıxışlar, adından yayılan böyük-böyük yazılar ANTİMİLLİ, ANTİDEMOKRATİK Əliyevlər hakimiyətini, çoxsaylı yalanlarla olsa belə, ideoloji baxımdan qoruyub ayaqda saxlamaq üçündür. Bircə elə “inkişafın Azərbaycan modeli” nəyə desən dəyər – sözsüz, açıq, ANALOQSUZ yalanlar baxımından! Az bir arada təkcə neftdən 350 milyard dollar gəlirin mənimsənib-dağıdıldığı Azərbaycan doğal resurslar baxımından Güney Qafqazın ən yoxsul ölkəsi olan “Ermənistan”dan bir çox sosial-ekonomik göstəricilərə görə qat-qat geri qalır. Belə........

© Azadliq