Rəng və fantaziya calarlarının bədii təfəkkürünün təkrarsızlığından qaynaqlananan fərdilik yeni cərəyanların yaranmasına səbəb olur. Pablo Pikasso kubizm, Pol Sezann postimpressionizm cərəyanını yaratdığı kimi. Və ya Mikelancelo Merizi da Karavaconun əsərlərində öz ifadəsini tapan Borokko üslubu. Qoyyanın əsərlərində izlədiyimiz Pikasso üslubu. Özünəməxsusluğu ilə seçilən Rembrandt, Rubens və s. Hər bir rəssamın öz hiss və düşüncələrini ifadə etməsi özünəməxsusdur, fərdidir. sənətkar üslubunda öz daxili dünyasını əks etdirir. Hər bir rəssam üslubu ilə tanınır. Əslində, bu kimi nümunələrin sayını istənilən qədər artırmaq olar. Əsrlər öncə Mövlana Cəlaləddin Rumi bunu yığcam şəkildə ifadə etmişdir: “Təstinin içində nə varsa, çölünə o sızacaq.” Ziya paşa isə ifadəni bir az da poetikləşdirmişdir: “Üslubi bəyan, eyniylə insan.”

Beləliklə, özünü anlatdığı, özünü ifadə etdiyi üslub, həm də sənətkarın yoludur, tərzidir, özüdür. İnsanın şəxsiyyəti, xarakteri, üslubu, dəyərləri düşüncələrində, düşüncələri isə üslubunda əks olunur. Sənət əsərləri əks olunduğu üslubun gücü ilə ölməzliyə çatır. Üslub kompozisiyalarda insanın öz düşüncələrinə, hisslərinə, xəyallarına, həyəcanına verdiyi formadır. Bir az da konkretləşdirsək, üslub hər hansı bir rəssamın sənətinə vurduğu möhürdür: Bu mənim üslubumdur! Bu mənim yolumdur! Bu mənim tərzimdir! Daha hökmlə desək, “Bu mənəm!” Üslubdan geniş bəhs etməyimiz əsassız deyil. Yazımızda Azərbaycam rəssamlıq sənətinə adını böyük hərflərlə yazan, özünəməxsus üslubu ilə hadisə yaradan, Azərbaycan Respublikasının Əməkdar Rəssamı (2009), Azərbaycan Rəssamlar İttifaqının üzvü, “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü (2013), Naxçıvan Rəssamlar Birliyinin sədri (2011), Millət vəkili Ülviyyə xanım Həmzəyevanın ecazkar sənətindən söhbət açmağa çalışacayıq.

Azərbaycan rəssamlıq sənətinə öz dəst-xətti ilə qədəm qoyan Ülviyyə Həmizəyeva əsərlərində yaratdığı heyrətamiz məqamlarla özünü təqdim edir: “Bu mənəm!” Bu fikir dəfələrlə Ülviyyə xanıma sual olaraq ünvanlanıb və cavablandırılıb. Müsahibələrindən birində jurnalistin Ülviyyə xanıma ünvanladığı, “Sizin bir rəssam kimi dəst – xəttiniz kəskin seçilir. Bu yol sizi necə tapdı? Rəssamlıq istedadının sizə kimdənsə bəxş olunduğunu düşündüyünüz birisi varmı, – sualına Ülviyyə xanımın verdiyi cavab fikrimizin ifadəsinə yardımçı olacaq: “Mənim dəsti xəttim məni özü tapıb desəm, yanılmaram. Qeyd edim ki, rəssamlıq sənəti mənə irsi olaraq keçib. Həm Ata tərəfindən, həm Ana tərəfindən sənətlə ciddi məşğul olublar. Nənələrim gözəl xalçalar toxuyar, naxışlarını özləri vurar, ipliklərin rənglərini özləri seçərdi. Atam gözəl rəssam və dəmir üzərində döymə ilə məşğuldur. Deyərdim ki, bu sənət irsi olaraq mənim qanıma kodlaşdırılıbdır.” Ülviyyə xanımımın “bu sənət irsi olaraq mənim qanıma kodlaşdırılıbdır”, – sözləri sənətinin sehrinin haradan gəldiyinə işlq salır. Bu irsi kodlaşmada Ata, Ana, nənə amili, yəni genetika mühim rol oynayır.

Nənələrimizin toxuduğu, naxışlar vurduğu xalçalar hər biri ayrı-ayrılıqda bir rəsm əsəridir. Xalça toxunana qədər incə, bir o qədər də ciddi işlər görülür. İplər seçilir, təbii boyalarla boyanır, ornamentlər müəyyənləşdirilir. Naxışların vurulması, rənglərin seçilməsi, bu proseslərin hər biri bir sənət işidir. Ülviyyə xanımın yaradıcılığında rəssam və döymə ilə məşqul olan Ata amili daha güclüdür, – deyə düşünürəm. Xalça toxuma kimi, döymə sənəti çox qədim və ciddi sənətdir. İlk nümunələri Misir piramidalarında tapılan döymənin tədricən ağac, daş və dəmir üzərində növləri yaranıb. Hər bir sənətdə olduğu kimi, metal üzərində döymə sənəti sənətkardan iti göz, böyük ustalıq tələb edir. Sənətkar əvvəlcə əsərin cizgilərini müəyyənləşdirir, sonra rəsmi metal lövhə üzərinə köçürür. Özünün də etirafı etdiyi kimi, Ülviyyə xanım uşaqlığından sənətlə vəhdətdə böyüyüb. Dünyagörüşü sənətlə vəhdətdə formalaşıb.

Mən hər zaman şairləri rəssamlarla, rəssamları şairlərlə qarşılaşdırıram. Çünki rəssamların fırça ilə çəkdiklərini, şairlər sözlərlə ifadə edir və ya əksinə. Cahid Sitki Tarancıya görə, şeir “sözlərlə gözəl şəkillər yaratmaq sənətidir.” Rəssamlıq da rənglərlə gözəl əsərlər yaratmaq sənətidir. Ədəbiyyatda sözlərin seçimi böyük əhəmiyyət kəsb etdiyi kimi, rəssamlıqda bu missiyanı rənglər öz üzərinə götürür. Rəssam ruhunun hökmü, qəlbinin və boyaların gücü ilə əsrarəngiz əsərlər yaradır. Rəssamın uğurunun sirrinin yarısı rəng seçimindədir desək, – yanlış olmaz. Bir məşhur rəssamdan soruşurlar: – Uğurunuzun sirri nədədir? Rəssam təvazökarlıqla cavab verir: “Ah, bu rənglər…”

Həyat rənglərlə, rənglər sirlərlə doludur… Həyat yunanca kalos (gözəl), eidos (forma) və scopos (izləmək) sözlərinin birləşməsindən yaranan kaleydoskop kimidir (içinə baxıldığında rəngli naxışlar görülən bir əşya). Kaleydeskopda naxışlar, işığın əks olunmasıyla əldə edilir və durbin hərəkət etdirildikcə dəyişir. Əslində, təbiət özü canlı bir kaleydeskopdur. Yetər ki kaleydeskopu hərəkət etdirdikcə izlənilən gözəllikləri həyatda da izləməyi, görməyi, fərqinə varmağı biləsən. Özündə sirlər gizləyən rənglərin sirrinə vaqif olasan.

Sirlərlə dolu olan rənglər fiziki, mənəvi və psixoloji olaraq insanlara öz təsirini göstərir. “İsti rənglər insanları canlandırır, soyuq rənglər isə sakitləşdirir. Canlı və parlaq rənglər insanı nə qədər xoşbəxt və enerjili edirsə, soyuq və tutqun rənglər bir o qədər sakitlik gətirir. Əsəb pozğunluğu olanlara sarı, yuxusuzluqdan əziyyət çəkənlərə bənövşəyi, şadlanmaq istəyənlərə narıncı, enerjili olmaq istəyənlərə isə firuzəyi rəngi seçmək tövsiyə olunur. “Ağ rəng məsumluğun və saflığın rəmzi sayılır. Mavi insanı sakitləşdirir (Ziqmund Freyd). Göz muncuqlarının mavi rəngdə olması təsadüfi olmadığı kimi, Van Qoqun ulduzlu səmanı rəsm edərkən emosional vəziyyətini ifadə etmək üçün mavi və sarı rəng çalarlarından istifadə etməsi də təsadüf deyil. Yəni hər rəngin öz fəlsəfəsi, hər rəngin öz məna tutumu və çaları var. Hətta həyatımızda baş verən hadisələrin hər hansı bir rənglə əlaqədar adı var. Ölümün rənginin qara, paklıq, təmizliyin rənginin ağ, xoşbəxtliyin rənginin qırmızı olması kimi… Rəssam, rəsm və xoşbəxtlik.” Bu kəlmələr yan-yana gələndə Nazim Hikmətin arvadı Veraya yazdığı “Saman sarısı” şeirində yaxın dostuna, rəssam Abidin Dinoya xitabla yazdığı: “Sən xoşbəxtliyin rəsmini çəkə bilərsənmi, Abidin?”, – sözləri yada düşür:

İşin asanına qaçmadan
amma gül yanaqlı körpəsini əmizdirən
mələk üzlü ananın rəsmini deyil
nə ağ örtükdə almaların,
nə akvariumda su qabarcıqlarının
arasında dolaşan
qırmızı balığı.
Sən xoşbəxtliyin rəsmini
çəkə bilərsənmi, Abidin?

Sözsüz ki, Abidin Dino xoşbəxtliyin rəsmini çəkmədi. Çünki arzuları hələ çin olmamışdı. Amma Abidin onları xoşbəxt edəcək arzuların şəklini sözlə çəkmişdi. Sözlə ifadə etdiyi xoşbəxtlik bir gün onlara nəsib olarsa, bu rəsmi çəkmək üçün kətan və boyanın yetmədiyinin altını cızmışdı. Beləliklə, Abidin Dino, Nazim Hikmətin sualına rəsmlə deyil, şeirlə cavab vermiş, xoşbəxtliyi sözlərlə anlatmışdı:

“Və dolaşsaydıq Türkiyəni
Bu başdan o başa.
Yatdığımız yerlər muzey olmuş,
Sürgün şəhərlər cənnət.
Bax o zaman Nazim,
Çəkərdim xoşbəxtliyin rəsmini.
Buna da nə kətan yetərdi,
nə boya…”

Ədəbiyyatımızda rənglərin, mahiyyəti, özəlliyi, fəlsəfəsi ilə bağlı ən dolğun poetik nümunələri xalq şair Rəsul Rza “rənglər” silsiləsindən olan şeirlərində mükəmməl bir şəkildə ifadə etmişdir. Dünya ədəbiyyatında isə rəng anlayışına ən yaddaqalan poetik don biçən fransız şairi Artur Rembo olmuşdur. Mən rəngləri öz-özlüyümdə belə səciyyələndirirəm, danışan rənglər, düşündürən rənglər, hayqıran, qışqıran, fəryad edən rənglər, kölgəli qəmli, yaslı rənglər və xoşbəxtliyi ifadə edən qırmızı rəng. Ülviyyə xanımın rəng seçimini bir sözlə ifadə etməli olsaq, “möhtəşəmdir!”

Rənglərin sirrinə vaqif olan Ülviyyə xanımın sənətində “rənglərin mozaikası xarakterikdir. O, bir rəsm əsərinin kompozisiyası daxilində, necə deyərlər, mövcud olan yeddi rəngin hamısından istifadə edir” və rənglərin üzərinə bir də fəlsəfi qat çəkir. Rəssamın bədii təfəkkürün və intellektual qavrayışın dərin siyasi-fəlsəfi vəhdətindən yoğrulmuş yaradıcılığında rənglərin özünəməxsüs fəlsəfəsi var. Bu fəlsəfi çalarlar insanı düşündürür. Ülviyyə xanımın əsərlərinə vizual olaraq baxıb keçmək olmur. Rəssam xanımın sənətindəki “rəng mozaikasını” Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik İ.Həbibbəyli belə səciyyələndirir: “ Ülviyyə Həmzəyeva ciddi mifoloji mövzularda işlədiyinə görə onun rəsmlərində də rənglərin tünd çalarları, rəng effekti baxımından tündvarilik nəzərə çarpır. Lakin istənilən əsərində digər rənglərlə müqayisədə az yer tutan ağ, mavi və açıq qırmızı rənglər tündvari rənglərin içərisindəki işığı, aydınlığı, nikbinliyi ifadə edir. Bu mənada Ülviyyə Həmzəyevanın tünd rənglərlə çəkilmiş ciddi görkəmə malik cizgilərində kompozisiyada nisbətən az yer tutan ağ, mavi və açıq qırmızı rənglər rəssamın ifadə etmək istədiyi mətləbin tamaşaçıya çatdırılmasına uğurla xidmət edir.

Əslində, “tündvari” rənglər, xüsusilə qara rəng sadə, sadə olduğu qədər də mürəkkəb bir rəngdir. Qara rəng, günəş şüalarını içinə çəksə də, çölə hər hansı bir rəng buraxmır. Belə bir fikir formalaşıb ki, “Qara, şüuraltı olaraq, başqalarında maraqlı və qəribə təəssürat oyatmaq istəyənlərin rəngidir. Belə insanlar öz həssaslığını boğmağa çalışır. Cəsur, təşəbbüsə meylli, sağlam xarakterli olurlar.” Hər bir sənət, xüsusilə rəssamlıq sənəti özünəməxsusluğu, cəsurluğu və təşəbbüskarlığı sevir. Ülviyyə xanımın yaradıcılığında hər üçünün izlərini görürük. Cəsurluq, təşəbbüskarlıq və özünəməxsusluq. Bunu rəssamın rəng və mövzu seçiminə də aid etmək olar.

Daha çox kompozisiyalı rəsmlər yaradan rəssamın sənətində kompozisiyaya uyğun çoxsaylı detallardan istifadə olunması diqqətçəkicidir. Ülviyyə xanımın sənətində mübhəmlik var. Bu mübhəmliyi açmaq üçün detallar “kontur xətləri” rolu oynayır. Onun “yağlı və sulu boya ilə çəkdiyi rəsm əsərləri orijinal qrafika nümunələri kimi görünür. Kompozisiyalı rəsm əsərləri yaratmaq rəssamdan əsərlərində süjet qurmağı tələb edir. Ülviyyə xanımın əsərləri demək olar ki, süjetlidir. Sujetləri isə zəngin və əhatəlidir. O, bir rəsm əsəri çərçivəsində yerləşdiyi müxtəlif çoxsaylı detallar (ağac, göz, səməni, alma, əjdaha, ilan və s.) və ona uyğun olaraq aldığı rəng effektləri vasitəsilə süjeti inkişaf etdirir. Rəssamın əsərlərində təsadüfi detal yoxdur. Daha çox mifoloji mövzular və motivlər üzərində işləməyi sevən Ülviyyə xanımın rəsmlərində əsatirdən gələn div, ilan, balıq, Simruq rəmzlərinə rast gəlinir. Sadaladığımız rəmzlərdən biri əsərinin mərkəzi obrazı əsatiri motivləri canlandırmağa, digər detallar isə obrazın mahiyyətinin açılmasına kodlaşdırılıb. Bütövlükdə, rəsmlərdəki detallar: fiqurlar və ya elementlər müəllifin fikrinin açılmasına xidmət edir.

“Azərbaycan təsviri sənətində rəngli qrafikanın əsas yaradıcısı olan Ülviyyə Həmzəyevanın rəsm əsərlərində janrlararası daxili bir bağlılıq vardır. Bir janrda, məsələn, qrafika janrında yaratdığı rəsm əsərində natürmart, peyzaj, qurama, bəzən hətta portret cizgilərini mütənasib şəkildə yerləşdirib, vahid kompozisiya yaratmaq Ülviyyə Həmzəyevanın universal yaradıcı istedadının göstəricisidir” (akademik İ.Həbibbəyli). “Azərbaycan təsviri sənətində süjetli rəssamlığın əsas yaradıcılarından biri” olan Ülviyyə Həmzəyevanın “mifoloji süjetlər və obrazlarla zəngin olan “Mistik Misir”, “İtmiş cənnət”, “Dəli Dəvə”, “Paralel həyat” rəsm əsərlərini “Azərbaycan təsviri sənətində yağlı boya ilə işlənmiş nadir mifoloji miniatürlər” (İ.Həbibbəyli), “Məkan və zaman”, “Bürclər” əsərləri milli ruhda yaradılmış fəlsəfi məzmunlu quramalarıdır“ (Carolyn Edlund).

Rəssamın möcüzəvi yaradıcılığını Spiker Art Bizness İnstitutunun direktoru Carolyn Edlund belə səciyyələndirir: “Ülviyyə Həmzəyevanın rəsmlərinin janrını müəyyən etmək elədə asan deyil. O quaş və kətan üzərində yağlı boya ilə işləyir. İlk baxışdan onun əsərləri müasir alleqoriyalar kimi görünür, harda ki təsviri görmək kifayət etmir. O həm də başa düşülməlidir. Eyni zamanda, onun əsərləri Azərbaycan sənətinin qədim ənənələri ilə dərin əlaqəlidir. Xalçaların, miniatürlərin və qədim petrogliflərin nümunələrini xatırladan rəsm əsərləri, əfsanələr və nağılların fantastik personajlarını canlandırır. Onun tarixi dəqiqliyi əks etdirən dünyagörüşü, müəlliflik hüququ ilə qorunan müasir qrafika texnikalarında “toxunmuş” qədim simvolizmə diqqət yetirin. Onun “fəlsəfi əsərləri” çox maraq doğurmuş və ona geniş bir izləyici auditoriyası qazandırmışdır.” Rəssamın əsərlərində diqqət yetiriləcək “heyrətamiz məqam”lar çoxdur.“

Hüseyn Cavid – Fridrix Nitsşe paralelizmi üzərində maraqlı müşahidələr aparan professor A.Talıbzadə yazır ki, fəlsəfədə Fridrix Nitsşe haralara gedib çıxmışdısa, Hüseyn Cavid də öz bədii əsərlərində həmin düşüncə hücrələrinə varmış”, belə bir duyğu yaranmışdır ki, “Cavid qəhrəmanlarının yaşı Adəm və Həvva əhvalatı qədərdir, Nitsşenin Zərdüştü qədərdir.” Danılmaz faktdır ki, Cavidi oxuyan oxucunun yaşı Adəm və Həvva ilə, Zərdüştlə eyni yaşda olur. Caviddə köhnə ən yenidir. Bu sözləri eyniylə Ülviyyə xanımın sənətinə də şamil etmək olar. “Fəlsəfədə Fridrix Nitsşe, ədəbiyyatda Hüseyn Cavid haralara gedib çıxmışdısa, sənətdə Ülviyyə Həmzəyeva da “həmin düşüncə hücrələrinə varmışdır.” Onun yaradıcılıq dünyası, təxəyyülü və rəssamlıq dünyagörüşü minilliklərdən süzülüb gələn, milli ənənələrimizin özəyini təşkil edən mifoloji və folklor təfəkkürünə, ulu Qobustan, Gəmiqaya dünyasına, zəngin miniatür sənətinə tapınır. Onun yaradıcılığında keçmiş bu gündür, bu gün isə gələcək. Rəssamın mistik qəhrəmanlarının yaşı çox qədimdir. Bu qəhrəmanların çoxu əsatirlərdən, nağıllardan gəlmədir. “Onun rəngarəng rəsmləri qədim süjetlərin mifologiyası və müasir həyatın mozaikası təəssüratı oyadır.” Rəssamın tablolarında qədim Avesta süjetləri, zəngin rəmzi təsvir elementləri qarşılıqlı vəhdətdə təzahür edir. Tamaşaçı onun məna və məzmun dolu rəngkarlıq əsərlərinə, “Həyat həqiqəti”, “Yuxuya bənzər sevgi”, “Həyat ağacı”, “Şuşada öpüş”, “Bəşəriyyətin beşiyi”, “Paralel həyat”, “Narahat ruhlar”, “Sikkə”, “Ailə sirli qapı”, “Arzular qayığı” və s. tamaşa edəndə ulu əcdadlarımızın mənəvi irsinin izinə düşən rəssamla birlikdə sirli dünyaya, “rənglərlə və nağıl elementləri ilə yazılmış nağıllar” aləminə, milli mədəniyyətimizi əks etdirən buta, simurq, xonça, səməni, alma detalları ilə zəngin olan bir dünyayasəyahət edir. “Bu rəsm əsərlərindəki süjet (“Simurq” rəsmi), milli ornamentlər (“Xəzinə küpü” tablosu), “Muğam” əsərində təsvir olunan musiqi üçlüyü, arxa fondakı milli memarlıq abidələri və romantik Azərbaycan peyzajı Ülviyyə Həmzəyevanın rəngli nağılları”, “Muğam” rəsmi Azərbaycançılıq düşüncəsinin təsviri sənət dili ilə ifadə olunmuş ritmik qrafikasıdır.“ Rəssamın qrafika əsərlərindən “Avesta”, “Çirkin ördək”, “Bürclər”, “Mistik Misir”, “Fəsillər”, “Bəşəriyyət” və digərlərini nümunə göstərmək olar. Ülviyyə Həmzəyevanın “miniatürləri mifoloji motivlər, xalq sənəti örnəkləri və müasir həyat fəlsəfəsi üzərində köklənmiş fərqli sənət hadisəsidir.”

Rəssam xanımın yaradıcılıq qaleriyasında portretlərin özünəməxsus yeri var və yaratdığı bütün portretlər qiymətlidir, “Ulu Öndər Heydər Əliyev”, “Prezident İlham Əliyev”, “Vitse-prezident Mehriban xanım Əliyeva”, “Hüseyn Cavid”, “Mirzə Cəlil”, “M.Ə.Sabir”, “Bəhruz Kəngərli”, “S.Bəhlulzadə”, “Möminə xatun”, “Məmməd Araz”, “Akademik İsa Həbibbəyli” və s.

Portret yaratmaq sənətkardan böyük məsuliyyət tələb edir. Bu məsuliyyət Ülviyyə xanımın yaratdığı portretlərdə (portretlərini işlədiyi şəxsiyyətlərin daxili zənginliyini zahiri dünyasında təzahür etdirməsində) ciddi şəkildə hiss olunur. Bu rəssamın peşəkarlığının, sənət məsuliyyətinin və dərin bədii yaradıcılıq müşahidələrinə malik olmasının göstəricisidir. Ü.Həmzəyeva özünün də bir neçə avtoportretini yaradıb. “Rəssam yaratdığı portretlərin hər biri ayrı-ayrılıqda bədii təhlil və təsvir xüsusiyyətləri ilə səciyyələnir. Rəssam bir çox əsərlərində obraz olaraq balaca qızı İlknurun surətindən istifadə edib.” Sənətşünas Əsəd Quliyev bu istiqaməti məşhur əfsanəvi fırça ustası Toğrul Nərimanbəyovun yaradıcılığı ilə paralelləşdirir: “Bu yerdə Ü.Həmzəyevanın tablolarında yaratmış olduğu obrazlar bolluğunu da T.Nərimanbəyov yaradıcılığı ilə müqayisə etmək olar.”

Ülviyyə xanımın sənətinə stimul verən amillərdən biri də onun qoynunda milli-mənəvi xəzinəmizi yaşadan, Nuh məqbərəsi, Əshabi-Kəhf mağarası, Mömünə Xatun türbəsi, Kültəpə mədəniyyəti, Gəmiqaya rəsmləri, Qarabağ abidələri, İbn Küseyr məqbərəsi və s. ecazkar iqlimə, təbiətə, əsrarəngiz dağlara malik Naxçıvanda doğulub boya-başa çatmasıdır. Bu baxımdan “Naxçıvan rəssamlarını çox şanslı insanlar sayan” Ülviyyə xanım sənət pillələrində uğurla irəliləməyinin belə izah edir: “Mən Azərbaycanın gözəl və qədim şəhərlərindən biri olan Naxçıvanda anadan olmuşam. Mənim atalarım bu qədim torpaqda yaşamış, mənim xoşbəxt uşaqlığım burada keçmişdir. Ənənələrlə, mifoloji deyimlərlə dolu olan bu qədim diyar mənim yaradıcılığıma stimul verib. Naxçıvanda yaşayan insanlar bizim yüksək və başıqarlı dağlarımız kimi, nəcib və qürurludurlar. Mən qürur duyuram ki, böyük memarlar, musiqiçilər, rəssamlar, müdrik sərkərdələr bu müqəddəs torpaqlarda yaşayıb yaradıblar. Naxçıvan dahilər beşiyidir. Bu gün mənim rəssam olmağımda gözəl təbiətimizin, təmiz ətirli havamızın, valideynlərimin və yaxşı insanların böyük əməyi vardır. Gün bitdiyində səhərin açılmasını səbirsizliklə gözləyirəm. Bir yuxu gördüyümdə tez bir parça kağız və ya kətan üzərində xatırlamağa tələsirəm. Mənim əsərlərim, düşüncələrim və istəklərimdə heç bir boşluq yoxdur. Məkan mənim “boşluğum” ilə doludur. Mənə aid olan incəliklər, simvollar, fraqmentlər, nümunələr, semiotika, mənim mistik dilim, göydən gələn səs – bunlardır mənim “boşluğum.” Simvolların, naxışların, rənglərin, musiqinin dili – bu mənəm, bu mənimdir, bu məndədir” -, deyir, Ülviyyə Həmzəyeva.

Bənzərsiz rəngləri, özünəməxsus üslubu, fəlsəfi mahiyyətli yaradıcılığı ilə zəngin ənənələrə malik olan, Azərbaycan təsviri sənətində öz sözünü demiş, imzasını təsdiq etmiş Ülviyyə Həmzəyeva istedadlı rəssam, Millət vəkili, peşəkar müəllim, qayğıkeş anadır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi, Ülviyyə Həmzəyeva ölkəmizdə mədəniyyətimizin inkişafına, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin müəllimi və Naxçıvan Rəssamlar Birliyinin sədri kimi, yeni nəsil gənc rəssamların formalaşdırılmasına öz töhfələrini verir. Ülviyyə Həmzəyeva Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetinin Gənclik parkında soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidənin müəllifidir (2001). Onun əsərləri, Azərbaycan, ABŞ, Çin, Türkiyə, Portuqaliya, Gürcüstan, İspaniya və s. ölkələrdə keçirilən sərgilərdə nümayiş olunub. Əsərləri şəxsi kolleksiyalarda və muzeylərdə saxlanılır. Ülviyyə Həmzəyevanın yaradıcılığı haqqında ABŞ-ın Californiya şəhərində çap olunan “Beynəlxalq müasir ustadlar” kitabında məlumat verilmiş, əsərləri çap edilmişdir (2011). VIII “Vera” beynәlxalq festivalında “Unikal Milli Orijinallıq” nominasiyası üzrә mükafata layiq görülmüşdür.

“Müsabiqә tipli sәrgi vә ya festivallarda iştirak etmәyi o qәdәr dә istәməyən” Ülviyyə xanımın sənəti kimi, sənətə baxışı da fərqlidir: ”Hәr bir rәssamın öz unikal dәst-xәtti var, heç kәsә heç nә sübut etmәli deyil vә heç bir rәssam öz üslubunun digәr rәssamın üslubundan üstün olduğunu sübut etmәyә çalışmamalıdır. Nə qədər fərqli bir yanaşmadır. “Unikal Milli Orijinallıq” nominasiyası üzrә mükafata layiq görüldüyü VIII “Vera” beynәlxalq festivalından bəhs edən rəssam xanımdeyir: “Görkәmli rәssamlarla sәrgilәnmәk vә tanış olmaq hәr zaman xoşdur. Azәrbaycandan müasir rәssamlar Sakit Mәmmәdov, Fәrid Әlәkbәrovdan başqa, dünya şöhrәtli azәrbaycanlı rәssam Tahir Salahov, Zurab Tsereteli, Slava Zaytsev kimi dünya şöhrәtli qocaman ustadlarla sәrgilәnmәk daha da xoş idi. Bu festivalda mәnә әn yüksәk “Unikal Milli Orijinallıq” nominasiyası üzrә mükafat verildi. Vә Azәrbaycanın adı bu tәtbirdә birinci olaraq sәslәndi. Onu da qeyd edim ki, rәsm üzrә belә nominasiya nәzәrdә tutulmamışdı. Əsәrlәrimә baxış keçirәn beynәlxalq münsiflәr heyәti bu nominasiyanı xüsusi olaraq tәyin etmişdi. Qeyd edim ki, beynәlxalq münsiflәr heyәtinә dünya şöhrәtli rәssamlar, dizaynerlәr vә kolleksiyaçılar daxil idi. Bunlardan Tahir Salahov, Pierre Cardin kimi nәhәnglәri göstәrmәk olar… Leonardo Da Vinçi, Tissian, Salvador Dali, Botiçelli, Mikelancelo, Buonorotti, Rembrandt, Rubensvə s. Bu sənətkarlar hər biri öz fərdi üslubu ilə yadda qalmışlar. Bu baxımdan Ülviyyə xanımın əsərləri əbədiyaşardır.

Ülviyyə xanımın milliliyi, qədimliyi, mifologiyanı və real həyatın fəlsəfəsini özünəməxsus tərzdə əks etdirdiyi əsərlərinə saatlarla baxmaq, rəssamın simvollar, fraqmentlərlə, detallarla dolu olan könül dünyasına səyahət etməyi çox sevirəm. Rəssamın məkanına, sənət dünyasına səyahət labrintdə gəzmək kimidir. Ülviyyə xanımın “mistik dilini, ona aid olan incəlikləri, simvollari, fraqmentləri, semiotikanı anlamadan, naxışların, rənglərin sehrini duymadan, məkandakı möhtəşəmliyi görmədən rəsmlərinin mahiyyətini, fəlsəfəsini anlamaq mümkün deyil. Ülviyyə Həmzəyevanın əsərlərini vizual olaraq görməklə yanaşı, rəsm əsərinin alt qatını başa düşmək, anlamaq lazımdır. Anlamaq üçün isə, bir az sənətdən, bir az fəlsəfədən, bir az mifologiyadan, bir az əsatir, nağıl, miniatürdən, simvollardan, işarələr sistemindən baş çıxarmaq lazımdır. Yoxsa Ülviyyə xanımın “xalçaların, miniatürlərin və qədim petroqliflərin nümunələrini xatırladan rəsm əsərləri, əfsanələr və nağılların fantastik personajlarını canlandırdığı əsərlərə açar salmaq”, onları oxumaq o qədər də asan deyil. Onun tarixi dəqiqliyi əks etdirən dünyagörüşü, müəlliflik hüququ ilə qorunan müasir qrafika texnikalarında “toxunmuş”, qədim simvolizmə söykənən “fəlsəfi əsərləri” dəyərli, dəyərli olduğu qədər unikaldır (misilsiz, bənzərsiz, müstəsna).

Mövlananın belə bir deyimi var: “Hər kəsin baxmadığı istiqamətdən bax dünyaya…” Ülviyyə xanım bütün cərəyanlardan yararlananda da, heç bir rəssamın baxmadığı aspektdən baxır dünyaya. “sirli-sehirli Ülviyyə dünyasından.” Bu dünyada hər şey özünəməxsusdur, millidir, yenidir, fəlsəfidir, heyrətamizdir… Əsərlərində milliliyi, qədimliyi, mifologiyanı və real həyatın fəlsəfəsini özünəməxsus tərzdə əks etdirən, sənətdə öz-dəsti xətti olan Ülviyyə xanım Həmzəyevaya cansağlığı və sənət uğurları arzusu ilə, ayınız, gününüz mübarək olsun Ülviyyə xanım deyirik!

Lütviyyə Əsgərzadə
filologiya elmləri doktoru

QOSHE - FƏRQLİ SƏNƏT HADİSƏSİ – HEYRƏTAMİZ MƏQAMLAR - Lutviyye Asgerzade
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

FƏRQLİ SƏNƏT HADİSƏSİ – HEYRƏTAMİZ MƏQAMLAR

13 30
27.04.2024

Rəng və fantaziya calarlarının bədii təfəkkürünün təkrarsızlığından qaynaqlananan fərdilik yeni cərəyanların yaranmasına səbəb olur. Pablo Pikasso kubizm, Pol Sezann postimpressionizm cərəyanını yaratdığı kimi. Və ya Mikelancelo Merizi da Karavaconun əsərlərində öz ifadəsini tapan Borokko üslubu. Qoyyanın əsərlərində izlədiyimiz Pikasso üslubu. Özünəməxsusluğu ilə seçilən Rembrandt, Rubens və s. Hər bir rəssamın öz hiss və düşüncələrini ifadə etməsi özünəməxsusdur, fərdidir. sənətkar üslubunda öz daxili dünyasını əks etdirir. Hər bir rəssam üslubu ilə tanınır. Əslində, bu kimi nümunələrin sayını istənilən qədər artırmaq olar. Əsrlər öncə Mövlana Cəlaləddin Rumi bunu yığcam şəkildə ifadə etmişdir: “Təstinin içində nə varsa, çölünə o sızacaq.” Ziya paşa isə ifadəni bir az da poetikləşdirmişdir: “Üslubi bəyan, eyniylə insan.”

Beləliklə, özünü anlatdığı, özünü ifadə etdiyi üslub, həm də sənətkarın yoludur, tərzidir, özüdür. İnsanın şəxsiyyəti, xarakteri, üslubu, dəyərləri düşüncələrində, düşüncələri isə üslubunda əks olunur. Sənət əsərləri əks olunduğu üslubun gücü ilə ölməzliyə çatır. Üslub kompozisiyalarda insanın öz düşüncələrinə, hisslərinə, xəyallarına, həyəcanına verdiyi formadır. Bir az da konkretləşdirsək, üslub hər hansı bir rəssamın sənətinə vurduğu möhürdür: Bu mənim üslubumdur! Bu mənim yolumdur! Bu mənim tərzimdir! Daha hökmlə desək, “Bu mənəm!” Üslubdan geniş bəhs etməyimiz əsassız deyil. Yazımızda Azərbaycam rəssamlıq sənətinə adını böyük hərflərlə yazan, özünəməxsus üslubu ilə hadisə yaradan, Azərbaycan Respublikasının Əməkdar Rəssamı (2009), Azərbaycan Rəssamlar İttifaqının üzvü, “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü (2013), Naxçıvan Rəssamlar Birliyinin sədri (2011), Millət vəkili Ülviyyə xanım Həmzəyevanın ecazkar sənətindən söhbət açmağa çalışacayıq.

Azərbaycan rəssamlıq sənətinə öz dəst-xətti ilə qədəm qoyan Ülviyyə Həmizəyeva əsərlərində yaratdığı heyrətamiz məqamlarla özünü təqdim edir: “Bu mənəm!” Bu fikir dəfələrlə Ülviyyə xanıma sual olaraq ünvanlanıb və cavablandırılıb. Müsahibələrindən birində jurnalistin Ülviyyə xanıma ünvanladığı, “Sizin bir rəssam kimi dəst – xəttiniz kəskin seçilir. Bu yol sizi necə tapdı? Rəssamlıq istedadının sizə kimdənsə bəxş olunduğunu düşündüyünüz birisi varmı, – sualına Ülviyyə xanımın verdiyi cavab fikrimizin ifadəsinə yardımçı olacaq: “Mənim dəsti xəttim məni özü tapıb desəm, yanılmaram. Qeyd edim ki, rəssamlıq sənəti mənə irsi olaraq keçib. Həm Ata tərəfindən, həm Ana tərəfindən sənətlə ciddi məşğul olublar. Nənələrim gözəl xalçalar toxuyar, naxışlarını özləri vurar, ipliklərin rənglərini özləri seçərdi. Atam gözəl rəssam və dəmir üzərində döymə ilə məşğuldur. Deyərdim ki, bu sənət irsi olaraq mənim qanıma kodlaşdırılıbdır.” Ülviyyə xanımımın “bu sənət irsi olaraq mənim qanıma kodlaşdırılıbdır”, – sözləri sənətinin sehrinin haradan gəldiyinə işlq salır. Bu irsi kodlaşmada Ata, Ana, nənə amili, yəni genetika mühim rol oynayır.

Nənələrimizin toxuduğu, naxışlar vurduğu xalçalar hər biri ayrı-ayrılıqda bir rəsm əsəridir. Xalça toxunana qədər incə, bir o qədər də ciddi işlər görülür. İplər seçilir, təbii boyalarla boyanır, ornamentlər müəyyənləşdirilir. Naxışların vurulması, rənglərin seçilməsi, bu proseslərin hər biri bir sənət işidir. Ülviyyə xanımın yaradıcılığında rəssam və döymə ilə məşqul olan Ata amili daha güclüdür, – deyə düşünürəm. Xalça toxuma kimi, döymə sənəti çox qədim və ciddi sənətdir. İlk nümunələri Misir piramidalarında tapılan döymənin tədricən ağac, daş və dəmir üzərində növləri yaranıb. Hər bir sənətdə olduğu kimi, metal üzərində döymə sənəti sənətkardan iti göz, böyük ustalıq tələb edir. Sənətkar əvvəlcə əsərin cizgilərini müəyyənləşdirir, sonra rəsmi metal lövhə üzərinə köçürür. Özünün də etirafı etdiyi kimi, Ülviyyə xanım uşaqlığından sənətlə vəhdətdə böyüyüb. Dünyagörüşü sənətlə vəhdətdə formalaşıb.

Mən hər zaman şairləri rəssamlarla, rəssamları şairlərlə qarşılaşdırıram. Çünki rəssamların fırça ilə çəkdiklərini, şairlər sözlərlə ifadə edir və ya əksinə. Cahid Sitki Tarancıya görə, şeir “sözlərlə gözəl şəkillər yaratmaq sənətidir.” Rəssamlıq da rənglərlə gözəl əsərlər yaratmaq sənətidir. Ədəbiyyatda sözlərin seçimi böyük əhəmiyyət kəsb etdiyi kimi, rəssamlıqda bu missiyanı rənglər öz üzərinə götürür. Rəssam ruhunun hökmü, qəlbinin və boyaların gücü ilə əsrarəngiz əsərlər yaradır. Rəssamın uğurunun sirrinin yarısı rəng seçimindədir desək, – yanlış olmaz. Bir məşhur rəssamdan soruşurlar: – Uğurunuzun sirri nədədir? Rəssam təvazökarlıqla cavab verir: “Ah, bu rənglər…”

Həyat rənglərlə, rənglər sirlərlə doludur… Həyat yunanca kalos (gözəl), eidos (forma) və scopos (izləmək) sözlərinin birləşməsindən yaranan kaleydoskop kimidir (içinə baxıldığında rəngli naxışlar görülən bir əşya). Kaleydeskopda naxışlar, işığın əks olunmasıyla əldə edilir və durbin hərəkət etdirildikcə dəyişir. Əslində, təbiət özü canlı bir kaleydeskopdur. Yetər ki kaleydeskopu hərəkət etdirdikcə izlənilən gözəllikləri həyatda da izləməyi, görməyi, fərqinə varmağı biləsən. Özündə sirlər gizləyən rənglərin sirrinə vaqif olasan.

Sirlərlə dolu olan rənglər fiziki, mənəvi və psixoloji olaraq insanlara öz təsirini göstərir. “İsti rənglər insanları canlandırır, soyuq rənglər isə sakitləşdirir. Canlı və parlaq rənglər insanı nə qədər xoşbəxt və enerjili edirsə, soyuq və tutqun rənglər bir o qədər sakitlik gətirir. Əsəb pozğunluğu olanlara sarı, yuxusuzluqdan əziyyət çəkənlərə bənövşəyi, şadlanmaq istəyənlərə narıncı, enerjili olmaq istəyənlərə isə firuzəyi rəngi seçmək tövsiyə olunur. “Ağ rəng məsumluğun və saflığın rəmzi sayılır. Mavi insanı sakitləşdirir (Ziqmund Freyd). Göz muncuqlarının mavi rəngdə olması təsadüfi olmadığı kimi, Van Qoqun ulduzlu səmanı rəsm edərkən emosional vəziyyətini ifadə etmək üçün mavi və sarı rəng çalarlarından istifadə etməsi də təsadüf deyil. Yəni hər rəngin öz fəlsəfəsi, hər rəngin öz məna tutumu və çaları var. Hətta həyatımızda baş verən hadisələrin hər hansı bir rənglə əlaqədar adı var. Ölümün rənginin qara, paklıq, təmizliyin rənginin ağ, xoşbəxtliyin rənginin qırmızı olması kimi… Rəssam, rəsm və xoşbəxtlik.” Bu kəlmələr yan-yana gələndə Nazim Hikmətin arvadı Veraya yazdığı “Saman sarısı” şeirində yaxın dostuna, rəssam Abidin Dinoya xitabla yazdığı: “Sən xoşbəxtliyin rəsmini çəkə bilərsənmi, Abidin?”, – sözləri yada düşür:

İşin asanına qaçmadan
amma gül yanaqlı körpəsini əmizdirən
mələk üzlü ananın rəsmini deyil
nə ağ örtükdə almaların,
nə akvariumda su qabarcıqlarının
arasında dolaşan
qırmızı balığı.
Sən xoşbəxtliyin rəsmini
çəkə bilərsənmi, Abidin?

Sözsüz ki, Abidin Dino xoşbəxtliyin rəsmini çəkmədi. Çünki arzuları hələ çin olmamışdı. Amma Abidin onları xoşbəxt edəcək arzuların şəklini sözlə çəkmişdi. Sözlə ifadə etdiyi xoşbəxtlik bir gün onlara nəsib olarsa, bu rəsmi çəkmək üçün kətan və boyanın yetmədiyinin altını cızmışdı. Beləliklə, Abidin Dino, Nazim Hikmətin sualına rəsmlə deyil, şeirlə cavab vermiş, xoşbəxtliyi sözlərlə anlatmışdı:

“Və dolaşsaydıq Türkiyəni
Bu başdan o başa.
Yatdığımız yerlər muzey olmuş,
Sürgün şəhərlər cənnət.
Bax o zaman Nazim,
Çəkərdim xoşbəxtliyin rəsmini.
Buna da nə kətan yetərdi,
nə boya…”

Ədəbiyyatımızda rənglərin, mahiyyəti, özəlliyi, fəlsəfəsi ilə bağlı ən dolğun poetik nümunələri xalq şair Rəsul Rza “rənglər” silsiləsindən olan şeirlərində mükəmməl bir şəkildə ifadə etmişdir. Dünya ədəbiyyatında isə rəng anlayışına ən yaddaqalan poetik don biçən fransız şairi Artur........

© dibace.net


Get it on Google Play