"Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH), Suraxanı rayon İcra Hakimiyyəti və Şəhərsalma Komitəsi bu özbaşınalığı görmür, yoxsa onlar tikinti şirkətləri ilə arxa qapıdan sövdələşdikləri üçün özlərini görməzliyə vururlar? Axı, niyə bir məhəllədə bir balaca boş yer qoymurlar ki, uşaqlar yayda oynaya, yaşlılar rahat gəzə bilsinlər? Bu qədər özbaşınalıq olarmı? Bu qədər binaların arasını yeni tiklillərlə doldurub havasızlıq yaratmaq olarmı? Nədir axı bu acgözlük?".

Bu sözləri Mia.az-a Bakı şəhəri, Suraxanı rayonunu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 7 ünvanında məmurların tikinti şirkəti ilə qoşalaşaraq yol verdikləri özbaşınalığa etiraz edən məhəllə sakinləri deyiblər.

Onlar Mia.az vasitəsi ilə ölkə başçısı İlham ƏliyevBirinci xanım Mehriban Əliyevaya müraciət edərək, BŞİH rəhbəri Eldar Əzizov, rayon icra başçısı Əziz Əzizov və Şəhərsalma Komitəsinin rəhbərliyinin qanunsuz əməllərinin qarşısını almağı xahiş ediblər:

"Əminik ki, burada içində ağaclar və uşaqların oynadığı meydança da (aşağıda şəkildə işarələnib) olan ərazisinin tikinti şirkəti özbaşına zəbt edə bilməz. Ərazini hasarlayan şirkət rəhbəri də keçmiş vəzifəli şəxsdir. Şübhəsiz ki, o, Bakı Şəhər İcra Hakimiyyəti, Suraxanı rayon İcra Hakimiyyəti və Şəhərsalma Komitəsi ilə hansısa formada dil tapıb. Ki, sakinlərin rahatlığına məhəl qoymadan ərazini hasara alır. Seçki qabağı əhalinin kûtləvı narazılıgına səbəb yaradan bu məmurlar, yəni, bu qədər nəzarətsizdir ki, harada gəldi şəxsi qazancları üçün tikinti aparır?! Bəs bu boyda sakinlərin haqqı, hüququ yoxdurmu?!

Cənab prezident, buradakı qaunsuzluq, yəni məhəllə sakinlərinin istirahət etdiyi ərazi düz Suraxanı rayon Mənzil Kommunal Təsərrüaftı Birliyinin (MKTB) qarşısındadır. Bizə deyirlər ki, bu özbaşınalığı Nəsimi rayonunun sabiq MKTB rəisi Laçın Mustafayev aparır. Daha dəqiqi, ona məxsus "Günəşli" MTK adlı şirkət burada yaşayış binası tikib satacaq. İddia olunur ki, o, buranın icra başçısı Əziz Əzizovun vasitəçiliyi ilə bütün əlaqədar qurumların gözünü "yumub". Açığı, Əziz Əzizovun nə qədər pula həris olduğunu bilirik, ancaq biz Eldar Əzizov və Şəhərsalma Komitəsinin bu qədər həris olduqlarını düşünmürük. Əgər əksidirsə, o zaman hər iki qurumun rəhbərləri də bu qanunsuzluğa görə cəzalandırılmalıdır. Bizə maraqlıdır, görəsən, adını çəkdiyimiz bu məmurların ailələrinin yaşadığı məhəllədə bu cür hoqqa verilsə, onlar necə davranar?!".

Sakinlər sonda dövlət başçısına üz tutaraq bu qanunsuzluğa müdaxilə edilməsini istəyiblər: "Ümidimiz sizədir, cənab Prezident!"

***

Sakinlər Mİa.az-a bildirib ki, bu yazıdan sonra ərazi tamamilə dəmir hasara alınıb: "Görünür, Suraxanıda həqiqətən özbaşınalıqdir..."

***

Suraxanı rayon İcra Hakimiyyətindən 31 yanvarda dərc olunan bu şikayətlə bağlı Mia.az-a cavab məktubu gəlib.

İcra Hakimiyyətinin mövqeyini olduğu kimi tədqim edirk: "Bildiririk ki, sözügedən ərazidə istismar müddəti bitmiş köhnə yaşayış binalarının sökülərək yerində yenilərinin inşa edilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 13.12.2022-ci il tarixli 276 saylı Sərəncamına və 06.02.2023-cü il tarixli 1737 saylı icarə müqaviləsinə əsasən 1.24 ha torpaq sahəsi "Günəşli İnşaat" MTK-ya ayrılmışdır. Sərəncama əsasən hazırda həmin ərazidə yaşayan sakinlər MTK tərəfindən yeni yaşayış binaları inşa edildikdən sonra yeni mənzillərlə təmin ediləcəklər."

Samir Musayev

MİA.AZ

QOSHE - Eldar Əzizov, Əziz Əzizov, yoxsa Şəhərsalma Komitəsi: məhəlləni mühasirəyə alan kimlərdir? - İH-dən cavab gəldi (FOTOLAR) - Yenilənib - Mia Yazari
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Eldar Əzizov, Əziz Əzizov, yoxsa Şəhərsalma Komitəsi: məhəlləni mühasirəyə alan kimlərdir? - İH-dən cavab gəldi (FOTOLAR) - Yenilənib

11 9
02.02.2024

"Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH), Suraxanı rayon İcra Hakimiyyəti və Şəhərsalma Komitəsi bu özbaşınalığı görmür, yoxsa onlar tikinti şirkətləri ilə arxa qapıdan sövdələşdikləri üçün özlərini görməzliyə vururlar? Axı, niyə bir məhəllədə bir balaca boş yer qoymurlar ki, uşaqlar yayda oynaya, yaşlılar rahat gəzə bilsinlər? Bu qədər özbaşınalıq olarmı? Bu qədər binaların arasını yeni tiklillərlə doldurub havasızlıq yaratmaq olarmı? Nədir axı bu acgözlük?".

Bu sözləri Mia.az-a Bakı şəhəri, Suraxanı rayonunu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 7 ünvanında məmurların tikinti şirkəti ilə qoşalaşaraq yol verdikləri özbaşınalığa etiraz edən məhəllə sakinləri deyiblər.

Onlar Mia.az vasitəsi ilə ölkə başçısı İlham ƏliyevBirinci xanım Mehriban Əliyevaya müraciət edərək, BŞİH rəhbəri Eldar Əzizov, rayon........

© Mia.az


Get it on Google Play