Mir Şahin yalnız bir media fenomeni deyil. O həm də ciddi bir ictimai-siyası fenomendir. Bir çox hallarda yaşadığımız tarixi anların adını o təyin edir. Onu heç cür kadr arxasında təsəvvür edə bilməzsən. Kadr önündə olma isə yaxşı və pis mənada hamının hədəfində olmaqdır. Elə hamı da yaxşı və pis mənada Mir Şahinin hədəfindədir.

Onun təyin etdiyi dövlət və cəmiyyət modeli var. Hər bir vətəndaş bu modelin içində ya Vətəndir, ya da Daşdır. O Vətəndən sevgi ilə danışa bilir, Daşa isə çəkinmədən Başını vura bilir. Hətta bir az da irəli gedərək Daşa Daş da ata bilir.

Onun ritorikası sərtdir, onun dislokasiya məkanını hamı rahatca görə bilir. Onun istedadından qorxurlar, qorxaqların isə ən çox istifadə etdiyi üsul arxasınca söyməkdir. Onun qarşısına çıxmaq üçün ağıl və məntiq ən zəruri silahdır. Yalın mühakimə ilə onunla güləşmək olmur. O, həm söz güləşdirməyi bacarır, həm də sözlə güləşməyi. Bu üslub bənzərsizdir və Mir Şahin obrazında həm də tükənməzdir. O, sözü sadələşdirməyi xoşlamır, çünki sözün dəyərinin mürəkkəbliyini anlayıb.



Düz 35 ildir tanıyıram, ta universitet tələbəliyi dövründən, çəkişmişik, yaxında, uzaqda, qarşıda, birlikdə olmuşuq, ancaq problemi, prosesi anlamaqda ziddiyyətimiz olmayıb. Onun üçün daldalanmaq yox, tənbəllik yox, hədəfdən yayınmaq yox. Mediada sevilmək üçün üzünü, sözünü boyamaz, O, kimdənsə öyrəndiyini etiraf edər, kimdənsə öyrətdiyini ən barışmaz şəkildə tələb edər. O, mediada özünün təyin etdiyi zirvəyə məhz özünün çəkdiyi yolla qalxıb, ancaq nədənsə bu zirvə hamı üçün ən əlçatan yerdir. Söyən də, döyən də, sevən də onu öz yaxınında görə bilir.

Elə 60 yaşına da bu cür baxılır. O nə gənc qalır, nə də qocalır. Onun sözü də belədir. Qarabağ davamızın içimizdəki yara-xorasının təmizlənməsində, qaragüruhçuluğun belinin qırılmasında birinci dərəcəli Vətənə xidməti edənlərdən biri odur! Onun üçün Vətən Mediadan da, Obyektivlikdən də da birinci dərəcəlidir.

Bizim nəsli ordenlə, yubileylə qutlamağa əşhədü-ehtiyac yoxdur. Biz Vətənin azad olduğunu görən bir nəsilik! Qutlanmışıq!

QOSHE - Onun ritorikası sərtdir - Deputat Mir Şahindən YAZDI - Fazil Mustafa
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Onun ritorikası sərtdir - Deputat Mir Şahindən YAZDI

10 0
12.11.2023

Mir Şahin yalnız bir media fenomeni deyil. O həm də ciddi bir ictimai-siyası fenomendir. Bir çox hallarda yaşadığımız tarixi anların adını o təyin edir. Onu heç cür kadr arxasında təsəvvür edə bilməzsən. Kadr önündə olma isə yaxşı və pis mənada hamının hədəfində olmaqdır. Elə hamı da yaxşı və pis mənada Mir Şahinin hədəfindədir.

Onun təyin etdiyi dövlət və cəmiyyət modeli var. Hər bir vətəndaş bu modelin içində ya Vətəndir, ya da Daşdır. O Vətəndən sevgi ilə danışa bilir, Daşa isə çəkinmədən Başını vura bilir.........

© Modern.az


Get it on Google Play