"Bəyin oğurlanması” filmindən bir çox möhtəşəm səhnələr, unudulmaz aforizmlər var. Onlardan da biri sadə kəndlilərin kino çəkən rejissorla söhbətidi. Əvvəlcə həmin epizoddakı məşhur dialoqu birlikdə xatırlayaq:


- Kino olanda nə olar? Bu ac-susuz qalar, amma kinosuz qalmaz, özü də "Bradyaqa” (hind filmi "Avara” nəzərdə tutulur) kinosuna 43 dəfə baxıb...

- Bizimkilər belədi də, öz kinomuza bircə dəfə də baxmırıq. Amma onun-bunun kinosuna 43 dəfə baxırıq.

- Siz də elə çəkin ki, adamın ürəyinə toxunsun, inandırıcı kino olsun...


Kimsə "CBC Sport” idman telekanalının baş direktoru Volkan Üstü inandırıb ki, heç bir əhəmiyyəti olmayan Azərbaycan – Monqolustan qarşılaşması sadə azərbaycanlılar üçün adamın ürəyinə toxunan inandırıcı kino kimidir. Ona görə də martın 22-dən bəri hər gün bir neçə dəfə Azərbaycan – Monqolustan qarşılaşmasının təkrarına baxırıq. Pis keçən havalar onsuz da bayram tətilimizi burnumuzdan gətirib. Məcbur qalıb televizor qarşısında oturursan və başını qatmaq üçün maraqlı nəyəsə baxasan. Hərə dəfəsində də kanalı "CBC Sport”a çevirəndə görürsən ki, ya Azərbaycanla Monqolustan oynayır, ya da Yunanıstanla Qazaxıstan.


Millimiz monqollar üzərində möhtəşəm qələbə qazansaydılar, baxımlı qollarla, düşünülmüş hücum epizodları ilə zəngin oyun olsaydı, mən Volkan bəyi başa düşərdim. Fikirləşərdim ki, möhtəşəm hisləri təkrar-təkrar bizə yaşatmaq, qələbədən yenidən zövq almağımızı təmin etmək niyyətindədir. Amma biz hər dəfəsində millimizin üzvlərinin qapıya zərbə endirməyə çətinlik çəkdiyini görəndə, hücumçumuzun "çərçivə”yə ünvanladığı zərbənin auta (!) çıxdığını görəndə utanıb yerə giririk axı. Hələ Qısmət Alıyevin cərimə zərbəsindən sonra topu Monqolustan yığmasının üzvünün qoluna vurması var, mən şəxsən bu zərbəni görəndən sonra xəcalət çəkirəm. Fikirləşirəm ki, bu cür futbolçularla bizim klublarımız və millilərimiz hara qədər gedəcək?!


Son görüşdə rəqibimiz Almaniya, yaxud da İtaliya millisi olsaydı, mən yenə də Volkan Üstə haqq verərdim. Deyərdim ki, kişinin məqsədi alqışlanmalıdır. Adam istəyir ki, biz almanların, italyanların oyunundan zövq alaq. Futbolçularımız da onlara baxıb öyrənsinlər. Bir növ nəzəri futbol məşğələsidir. Amma rəqibimiz nəinki onlar, heç ortabab Avropa yığması deyil. Heyəti yarımpeşəkar futbolçulardan formalaşan, hamısı bir-birinə bənzəyən, oyundan öncə hakimlərlə və rəqib komandanın üzvləri ilə görüşməyi belə bacarmayan Monqolustan yığmasını hər gün 4-5 dəfə bizə niyə göstərirlər?


Mən başa düşürəm ki, bayram tətildiri, "CBC Sport”un işçiləri də istirahət etməlidir. Mütləq təkrar nəsə göstərmək lazımdırsa, Azərbaycanın İsveçrə üzəridə tarixi qələbə qazandığı oyunun təkrarını göstərin. Gənc nəsil də baxıb görsün ki, Nazim Süleymanovun, Vidadi Rzayevin, Yunis Hüseynovun oynadığı milli özündən qat-qat güclü olan rəqibi necə məğlub edib. Bu qarşılaşma haqqında "CBC Sport”un özü film də çəkmişdi. Bayram günlərində həmin filmi də izləyicilərə təqdim etmək mümkün idi. Yaxud da "Qarabağ”ın "Bayer”ə qarşı keçirdiyi cavab oyununu efirə vermək olardı. Həmin görüşdə bir-birindən baxımlı beş qol vurulub. Özü də görüş gecə saatlarında, həftəiçi keçirildiyi üçün çoxları ona baxa bilməyib. İndi həmin möhtəşəm qarşılaşmaya rahat-rahat baxamaq imkanını azarkeşlərə niyə çox gördülər?


Ayıbdır, çox ayıb, Volkan abi. Azərbaycana gələndə "elə layihələrimiz olacaq ki, Acun Ilıcalı bizimlə əməkdaşlıq etmək istəyəcək” demişdiz. Harda qaldı o layihələr? Daha keçib, Monqolustanla oyunun təkrarındansa "Avara” filmini nümayiş etdirin, çoxdandır ki, baxmırıq.


Amal Abuşov


QOSHE - "Avara" filminin rekordunu Monqolustanla təzələmək - Amal Abuşov
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

"Avara" filminin rekordunu Monqolustanla təzələmək

12 0
26.03.2024

"Bəyin oğurlanması” filmindən bir çox möhtəşəm səhnələr, unudulmaz aforizmlər var. Onlardan da biri sadə kəndlilərin kino çəkən rejissorla söhbətidi. Əvvəlcə həmin epizoddakı məşhur dialoqu birlikdə xatırlayaq:


- Kino olanda nə olar? Bu ac-susuz qalar, amma kinosuz qalmaz, özü də "Bradyaqa” (hind filmi "Avara” nəzərdə tutulur) kinosuna 43 dəfə baxıb...

- Bizimkilər belədi də, öz kinomuza bircə dəfə də baxmırıq. Amma onun-bunun kinosuna 43 dəfə baxırıq.

- Siz də elə çəkin ki, adamın ürəyinə toxunsun, inandırıcı kino olsun...


Kimsə "CBC Sport” idman telekanalının baş direktoru Volkan Üstü inandırıb ki, heç bir əhəmiyyəti olmayan Azərbaycan – Monqolustan qarşılaşması sadə azərbaycanlılar üçün adamın ürəyinə toxunan inandırıcı kino kimidir. Ona görə də martın 22-dən bəri hər gün bir neçə dəfə Azərbaycan – Monqolustan qarşılaşmasının təkrarına baxırıq. Pis keçən havalar onsuz da........

© Qaynar


Get it on Google Play