"Qarabağ”ın növbəti məğlubiyyəti böyük müzakirələrə səbəb oldu. Xüsusiylə də Ağdam təmsilçisinə könül verənlər sevimli komandalarının iddialarının azaldığını düşündülər, çempionluq şanslarının itirilməsindən narahatçılıq keçirdilər. Bəli, futbolun belə üzləri də var. Bəzən ən yaxşılar, ən güclülər belə uduzur, qələbəyə layiq olanlar xalsız qalır. Bəs bu məğlubiyyəti şərtləndirən səbəb və ya səbəblər hansılar idi?


İşin əslində faciəvi, yaxud da qəribə heç nə baş verməyib. "Qarabağ” artıq bu mövsüm ardıcıl iki oyunda qələbəyə həsrət qalmışdı. İlk turda "Zirə”yə məğlub olan "köhləna atlar” növbəti iki görüşdə "Turan Tovuz”u və "Araz Naxçıvan”ı üstələməyi bacardı. Davamı isə "Qarabağ” azarkeşləri üçün heç də ürəkaçan olmadı. "Kəpəz”lə oyunda üstünlüyü son dəqiqələrdə əldən verən Qurban Qurbanovun komandası meydandan bir xalla ayrıldı. Ağdam komandası növbəti turda xalsız qaldı, "Səbail”ə 1:2 hesabıyla uduzdu. İndiki ssenariyə bənzəyirmi? Bu dəfə "Qarabağ” Tovuzdakı oyunda qələbəni son dəqiqələrdə əldən verdi, 1 xala razılaşdı. Sonra da "Araz Naxçıvan”a məğlub oldu. Özü də 1:2 hesabıyla.


Davamını da bir yerdə xatırlayaq. VI turda "Sabah”ı qəbul edən "Qarabağ” rəqibinə meydanda varlıq göstərməyə imkan vermədi. Rəqib "Qarabağ”ın qapısı qarşısında heç təhlükəli vəziyyət yarada bilmədi. 90 dəqiqə ərzində "Sabah”dan üstün olan meydan sahibləri bu üstünlüyü hesabda da əks etdirməyi bacardı və sonda 2:0 hesablı qələbə qazandılar. "Sabah”dan sonra məğlubiyyət növbəsi "Qəbələ”yə çatdı. Ardınca "Sumqayıt”ın daşı-daş üstündə qalmadı – 5:0. "Neftçi”ylə oyun da "Sabah”la görüşü xatırlatdı. "Ağ-qaralar” meydanda itib-batmışdı, "Qarabağ”ın üstünlüyü şübhə doğurmurdu. Artıq heç kim şübhə etmirdi ki, Qurban Qurbanovun komandası ağırlığını yerli çempionata qoyub, növbəti çempionluq hədəfinə doğru inamla addımlayır.


Bu mənada "Qarabağ”ın Tovuzda büdrəməsi, "Araz Naxçıvan”a məğlub olması gözlənilməz oldu. Bir tərəfdən milli komandaların oyunlarına görə çempionata verilən ara, ardınca da uzaq Almaniyaya səfər, "Bayer”lə nəticəsi də heç də xoş olmayan qarşılaşma "Qarabağ”ın zərərinə işlədi. Səfər yorğunluğu, 1:5 hesablı məğlubiyyətin gətirdiyi gərginlik komandanın toparlanmasına əngəl oldu. Nəticə göz qabağındadır. "Qarabağ” qələbə qazanıb, vahid liderə çevriləcəyi oyunda uduzdu. Sözsüz ki, bu məğlubiyyəti şərtləndirən səbəblər arasında komandanın fiziki və psixoloji baxımdan yorğun olması da rol oynadı, "Araz Naxçıvan”ın əzmkarlığı da. "Qarabağ”ın heyət seçiminin kasad olmasını, xüsusiylə də səviyyəli yerli futbolçularla bağlı problem yaşandığını hamımız bilirik. Elə bu səbəbdən də müdafiənin mərkəzində ləng davranın, ağır görünən Bədavi Hüseynov yer almışdı. Dağıstanlı müdafiəçi də gah gərəksiz yerə rəqibini yıxıb, penaltiyə səbəb oldu, gah da sürətdə rəqibə uduzub komandasını "yıxdı”.


Məğlubiyyətin günahını bir futbolçunun üzərinə yıxmaq ədalətli davranış deyil. "Qarabağ”ın futbolçularının rəqib "seçdiyini” hələ "Sabah”la oyundan sonra düşünmüşdüm, bu barədə sualımı da Qurban Qurbanova ünvanlamışdım. Çalışdırıcı həmin vaxt mənimlə tam razılaşmasa da, acı gerçəklik ortadadı. Bəlkə də güclü klubların hamısında bu cür problemlər var. Özündənrazı futbolçular əsas rəqiblərə qarşı lazımınca köklənir, meydanda bacardıqları qədər mübarizə aparırlar. Zəif gözüylə baxdıqlarını tək ayaqla üstələyəcəklərini düşünürlər ki, bununda ağır nəticəsi "Qarabağ” "Kəpəz”, "Səbail”, "Turan Tovuz”, "Araz Naxçıvan” kimi rəqiblərlə oyunlarda görür.


Toparlanmaq, itirilən xalların əvəzini çıxmaq üçün heç də gec deyil. "Qarabağ” heç də çempionatdakı hər qarşılaşmaya Almaniyaya yorucu səfərdən qayıdandan sonra çıxmayacaq. Digərləri də "Araz Naxçıvan” kimi rəqibini itələyib yıxa-yıxa, sonra da özü yıxıla-yıxıla oynamayacaq. Nəticə qazandıran bütün üsulların məqbul hesab edildiyi dövrə gəlib çıxmışıq. Bütün bunların üzərinə sonuncü müdafiəçinin, yəni son ümid yerinin kobud səhvlərini də gələndə, məğlubiyyət qaçılmaz olur. "Qarabağ” səhvlərdən nəticə çıxarıb, toparlananda "köhlən atları” dayandırmaq çox çətindir...


Amal Abuşov

QOSHE - Bədavi rəqib komandadan oynayanda... - Amal Abuşov
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Bədavi rəqib komandadan oynayanda...

7 0
31.10.2023

"Qarabağ”ın növbəti məğlubiyyəti böyük müzakirələrə səbəb oldu. Xüsusiylə də Ağdam təmsilçisinə könül verənlər sevimli komandalarının iddialarının azaldığını düşündülər, çempionluq şanslarının itirilməsindən narahatçılıq keçirdilər. Bəli, futbolun belə üzləri də var. Bəzən ən yaxşılar, ən güclülər belə uduzur, qələbəyə layiq olanlar xalsız qalır. Bəs bu məğlubiyyəti şərtləndirən səbəb və ya səbəblər hansılar idi?


İşin əslində faciəvi, yaxud da qəribə heç nə baş verməyib. "Qarabağ” artıq bu mövsüm ardıcıl iki oyunda qələbəyə həsrət qalmışdı. İlk turda "Zirə”yə məğlub olan "köhləna atlar” növbəti iki görüşdə "Turan Tovuz”u və "Araz Naxçıvan”ı üstələməyi bacardı. Davamı isə "Qarabağ” azarkeşləri üçün heç də ürəkaçan olmadı. "Kəpəz”lə oyunda üstünlüyü son dəqiqələrdə əldən verən Qurban Qurbanovun komandası meydandan bir xalla ayrıldı. Ağdam komandası növbəti turda xalsız qaldı, "Səbail”ə 1:2 hesabıyla uduzdu. İndiki ssenariyə bənzəyirmi? Bu dəfə "Qarabağ” Tovuzdakı oyunda qələbəni son dəqiqələrdə........

© Qaynar


Get it on Google Play