Sistemli şəkildə izləməmişəm, amma bu dəfə marağımı cilovlaya bilmədim, prezidentliyə namizədlərin həftəsonu debatlarını ciddi bir şəkildə dinlədim.


Müzakirələr "Gənclər günü”nə təsadüf etdiyindən gənclərin və bir də idmanın problemlərindən danışırdılar. Mənim diqqətimi daha çox idmanla bağlı deyilənlər cəlb etdi, baxmayaraq ki, bu sahə ilə peşəkar bağlılığım yoxdur, otuz iki ildir ki, davam edən jurnalistlik fəaliyyətimdə də demək olar ki, bu haqda heç vaxt nəsə yazmamışam. Amma hamımız haradasa idman azarkeşləriyik və bu səbəbdən də idmanın problem və qayğıları bizim üçün yaxın mövzudur.


Bəs bu xüsusda prezidentliyə namizədlər nə deyirdilər? Onlar nə təklif edirdi? Demək olar ki, hamısı idmana dövlət qayğısının artırılmasının vacibliyindən, idmanın populyarlığının təmin edilməsindən, rayonlarda, hətta paytaxtda hər məhəllədə idman mərkəzlərinin və qurğularının qurulmasından danışırdı. Biz bununla razı deyilikmi? Əlbəttə, razıyıq. Di gəl, burada bir neçə başqa məqam var.


Birincisi, ölkədə idmana dövlət qayğısı yetərincədir. Azərbaycanda idman, demək olar ki, dövlətin qayğısı sayəsində inkişaf edir, hətta mövcuddur. Böyük idman tədbirlərinin demək olar, hamısı birbaşa dövlətin diqqətində və hətta nəzarətində olur, idmançılar qələbəyə həvəsləndirilir və hətta maliyyə sarıdan dəstəklənirlər. İkincisi, idman infrastrukturu da yetərincə inkişaf edib, elə bir rayon yoxdur ki, orada Olimpiya mərkəzləri olmasın, elə bir məhəllə yoxdur ki, orada idman qurğuları qurulmasın. Bəs onda əsas problem nədədir?


Problem elə ondadır ki, idman dövlətin himayəsindən çıxa bilmir. Əvvəlcə onu qeyd edək ki, biri var, həvəskar idman və bədən tərbiyəsi, biri də var, böyük idman, necə deyərlər, peşəkar idman. Həvəskar idmana dövlət qayğısı olmalıdır və əslində o, daha çox dövlət qayğısı sayəsində mövcud olmalı və inkişaf etməlidir. Burada, əlbəttə, biznes adamlarının xeyriyyəçilik fəaliyyətindən də yararlanmaq lazımdır - əslində onlar özləri bunda maraqlı olmalıdırlar, çünki onlara da sağlam cəmiyyət, sağlam vətəndaşlar lazımdır. Amma biri də var, peşəkar idman, necə deyərlər, böyük idman. O, bizdə yetərincə peşəkarlaşmayıb. Cəmi dünyada böyük idman böyük bir biznesdir. Siz xaricdəki idman klublarının büdcələrinə baxın. Onların, xüsusən də futbol klublarının büdcəsi az qala, kiçik dövlətlərin büdcəsi qədərdir, hətta onların bəzisindən çoxdur. Bir baxın, görün, onlar müxtəlif idmançıları hansı məbləğlərə alır, transfer edirlər! Biz də bu proses inkişaf etməyib – idman klubları və federasiyaları necə deyər, "istixana” şəraitində, dövlətin qoltuğu altında fəaliyyət göstərir.


İkincisi, idmançılar özləri də peşəkarlaşmalıdırlar. Böyük idman da elm, incəsənət kimi böyük istedad tələb edir. Burada istedadsız keçinmək mümkün deyil. Dövlət nə edə bilər bu məsələdə? İdman təhlisini müasir tələblərə cavab verən səviyyədə qurmaq lazımdır, idmançıları təkcə klublar, yarışlar yox, həm də dövlət və cəmiyyət də yetişdirməlidir. Bəli, bütün dünyada idman peşəkar məşğuliyyətdir, idmançılar biznes adamlarından sonra, demək olar, ən çox qazanan təbəqədir.

Üçüncüsü, bəs bir cəmiyyət olaraq biz idmanın inkişafı üçün nə edə bilərik? Axı hər şeyi dövlətin boynuna yükləmək olmaz! Cəmiyyətin idmana marağını artırmaq lazımdır. Peşəkar idman və idmançı kimi peşəkar azarkeş olmalıdır. Dünyada insanların öz həkimləri, psixoloqları, vəkilləri, səs verdikləri partiyalar, oxuduqları qəzetlər, dinlədikləri estrada müğənniləri olduğu kimi sevimli idman klubları da var – onlar demək olar ki, bir yarışı belə buraxmırlar və bununla sevimli klublarına həm də maliyyə dəstəyi olurlar.


Məsələn, futbolu götürsək, bəzi ölkələrin daxili çempionatları hətta beynəlxalq maraq doğurur, onları başqa ölkələrdə də izləyirlər. Bax, əsl peşəkar idman budur – o, əsl istedadların yarış meydanı, əyləncə və zövq mənbəyi, həm də böyük bir biznesdir.

Hüseynbala Səlimov

QOSHE - İdmanı həqiqətən də inkişaf etdirmək üçün nə lazımdır?.. - Hüseynbala Səlimov
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

İdmanı həqiqətən də inkişaf etdirmək üçün nə lazımdır?..

28 0
05.02.2024

Sistemli şəkildə izləməmişəm, amma bu dəfə marağımı cilovlaya bilmədim, prezidentliyə namizədlərin həftəsonu debatlarını ciddi bir şəkildə dinlədim.


Müzakirələr "Gənclər günü”nə təsadüf etdiyindən gənclərin və bir də idmanın problemlərindən danışırdılar. Mənim diqqətimi daha çox idmanla bağlı deyilənlər cəlb etdi, baxmayaraq ki, bu sahə ilə peşəkar bağlılığım yoxdur, otuz iki ildir ki, davam edən jurnalistlik fəaliyyətimdə də demək olar ki, bu haqda heç vaxt nəsə yazmamışam. Amma hamımız haradasa idman azarkeşləriyik və bu səbəbdən də idmanın problem və qayğıları bizim üçün yaxın mövzudur.


Bəs bu xüsusda prezidentliyə namizədlər nə deyirdilər? Onlar nə təklif edirdi? Demək olar ki, hamısı idmana dövlət qayğısının artırılmasının vacibliyindən, idmanın populyarlığının təmin edilməsindən, rayonlarda, hətta paytaxtda hər məhəllədə idman mərkəzlərinin və qurğularının qurulmasından danışırdı. Biz bununla razı deyilikmi? Əlbəttə, razıyıq. Di gəl,........

© Qaynar


Get it on Google Play