Bəli, sonda hər şey, hətta bəzi mənfi detallar belə tamam unudulur, yalnız və yalnız görülən müsbət işlər tarixdə və insanların yaddaşında qalır. Bu qayda bütün hakimiyyətlərə aiddir.


Əlbəttə, bu mənada bizim Azərbaycanın indiki hakimiyyəti də qətiyyən istisna deyil.


Bəli, birmənalı şəkildə demək olar ki, 93-cü ildən bu tərəfəki otuz bir illik müddət bizim cəmiyyətimiz üçün də qətiyyən hədər keçmədi və gələcəkdə müsbət mənada xatırlanmaq, anılmaq, yada salmaq üçün çox şeylər var.


Mən burada onlardan yalnız ikisini qeyd edəcəm və daha bir mümkün ola biləcək olaydan bəhs edəcəm, çünki mənə elə gəlir ki, artıq bu iki baş vermiş olay və hazırda geniş müzakirə olunan daha bir məsələ illər sonra bizim indiki hakimiyyətin çox pozitiv, hətta tarixi addımları kimi yadda qalacaq, anılacaq.


Bir az keçmişdən, 90-cı illərdən başlayacam. Tam şəkildə latın qrafikasına keçid haqqında qərar verilmişdi. Qeyd edim ki, bu, birmənalı şəkildə qarşılanmamışdı. Hətta müxalifət və müxalifət mediası, hansı ki bu qərarı tam alqışılamalı idi, bundan yaman narazı qalmışdı – hətta belə deyilirdi ki, guya hakimiyyət bu qərarı cəmiyyətdə daha populyar olan müxalifət mediasını zəiflətmək üçün verib, çünki o vaxt əhalinin böyük hissəsi hələ latın qrafikasını yetərincə mənimsəməmişdi və bir daha deyirik ki, belə iddia olunurdu ki, bu qəzet və jurnalların oxucu kütləsinin azalmasına səbəb olacaq. O vaxt bəndəniz bir yazar kimi latın qrafikasına tam keçidi çox müsbət addım kimi dəyərləndirmişdi və onu indiki hakimiyyətin ən yadda qalacaq addımı kimi qiymətləndirmişdi.


Sonrakı proseslər də bunu tam sübut etdi, hər halda, bizim qəzet və jurnallarımız latın qrafikasına keçidə görə çökmədi, yox, onları başqa səbəblər çökdürdü və bunlardan ən əsası da budur ki, elektron vasitələr populyarlaşandan sonra demək olar, bütün dünyada kağız media problemlər yaşamağa başladı.


Əlbəttə, bunun tamam başqa səbəbləri də oldu, ən azı ona görə ki, elektron vasitələrin və internetin daha çox inkişaf etdiyi ölkələrdə kağız media bizim Azərbaycanda olduğu qədər ifalsa uğramadı və müəyyən qədər problemlər yaşasa da, hələ də fəaliyyət göstərməkdə davam edir...


Nə isə, qayıdaq əsas mətləbə. Mənim fikrimcə, ikinci böyük hadisə Dağlıq Qarabağın və işğal altında olan rayonlarımızın azad edilməsi oldu. Bu, həqiqətən də tarixi hadisədir. Yenə də qeyd edək ki, bəndəniz heç vaxt bir vətəndaş kimi ümidini itirməmişdi və daim yazırdı ki, gec-tez Rusiya ilə Ermənistan arasında "çat” yaranacaq və biz bu məqamdan mütləq istifadə etməliyik. Əlbəttə, biri var, nəsə yazmaq, biri də var, zəruri şəraiti yetişdirmək və vaxtında düzgün qərar vermək, opertativ şəkildə hərəkət etmək. Vaxt gələcək Dağlıq Qarabağın azad edilməsi daha sanballı şəkildə araşdırılacaq və bu haqda ciddi kitablar yazılacaq.

Amma bir daha deyirik ki, bu hadisə həqiqətən də tarixdə qalacaq bir olay, milli hadisədir. Bəli, Dağlıq Qarabağın (artıq keçmiş!) qaytarılması hələ də adama yuxu kimi gəlir. Adam hələ də inana bilmir ki, bu, baş tutdu. Bəli, az qala, böyük möcüzə baş verdi, bizim qəhrəman əsgər və zabitlərimiz hətta Şuşanı qaytardı! Bəli, həqiqətən də böyük hadisədir.


Qeyd edəcəyim sonuncu məsələ isə hələki ictimai müzakirə səviyyəsindədir. Hazırda o, ciddi şəkildə diskussiya olunur. Bəli, söhbət qohum nikahların yasaq olmasından gedir. Mən həkim və yaxud da bioloq deyiləm və bu məsələnin yalnız ictimai aspektlərini qeyd edə bilərəm. Bəli, bu addım atılsa, həqiqətən də çox böyük hadisə, millətin tarixinə yazılacaq bir olay olacaq. Qohum nikahlar tayfabazlığı, hətta regionalizmi qidanlandıran amildir. Mən hələ millətin fiziki sağlamlığının təmin olunmasından danışmıram. Ən əsası odur ki, bu addım atılsa, biz dünyanın mədəni və mütərəqqi millətləri sırasında yer almaq üçün daha bir addım atar, tayfa olmaqdan qurtulub normal və müasir millət olarıq...

Hüseynbala Səlimov

QOSHE - Qohum nikahlar yasaq olunsa... - Hüseynbala Səlimov
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Qohum nikahlar yasaq olunsa...

12 0
18.03.2024

Bəli, sonda hər şey, hətta bəzi mənfi detallar belə tamam unudulur, yalnız və yalnız görülən müsbət işlər tarixdə və insanların yaddaşında qalır. Bu qayda bütün hakimiyyətlərə aiddir.


Əlbəttə, bu mənada bizim Azərbaycanın indiki hakimiyyəti də qətiyyən istisna deyil.


Bəli, birmənalı şəkildə demək olar ki, 93-cü ildən bu tərəfəki otuz bir illik müddət bizim cəmiyyətimiz üçün də qətiyyən hədər keçmədi və gələcəkdə müsbət mənada xatırlanmaq, anılmaq, yada salmaq üçün çox şeylər var.


Mən burada onlardan yalnız ikisini qeyd edəcəm və daha bir mümkün ola biləcək olaydan bəhs edəcəm, çünki mənə elə gəlir ki, artıq bu iki baş vermiş olay və hazırda geniş müzakirə olunan daha bir məsələ illər sonra bizim indiki hakimiyyətin çox pozitiv, hətta tarixi addımları kimi yadda qalacaq, anılacaq.


Bir az keçmişdən, 90-cı illərdən başlayacam. Tam şəkildə latın qrafikasına keçid haqqında qərar verilmişdi. Qeyd edim ki, bu,........

© Qaynar


Get it on Google Play