Ötən həftənin sonlarının daha bir maraqlı siyasi xəbəri bu oldu ki, Ukrayna prezidenti getdikcə siyasiləşən və populyarlaşan, adı prezidentə əsas rəqiblər sırasında hallanan, bir az tərs və bir az da tələbkar ali baş komandandan axır ki, canını quratara bildi – Volodimir Zelenski onu "Ukrayna qəhrəmanı” adı ilə təltif edərək ordunun komandığını nisbətən az populayar olan başqa birisinə həvalə etdi.


Amma görən, bununla prezident – ali baş komandan düyünü tamam açıldımı? Düşünmürük. Əslində artıq keçmiş ali baş komandan bir az da siyasiləşmək imkanları əldə etdi, çünki bundan sonra çətin ki, Zelenskinin reytinqi artmış olsun.

Ona görə ki, qarşıda qətiyyən hərbi qələbə görünmür və hər şey bir tərəfə, bu vaxta qədər quru qoşunlarına komandanlıq etmiş və bu müstəvidə ciddi irəliləyiş əldə etməmiş bir şəxs böyük ehtimalla ona göstərilmiş etimadı doğrulda bilməyəcək. Əslində heç məlum da deyil ki, bu adamı cəbhədə ciddi irəliləyiş əldə etməkçün irəli çəkiblər, yoxsa ki, tamam əksinə?..


Üstəgəl, bütün müharibələrin bir qanunu var: ali baş komandan müharibələr dövründə istər-istəməz əsas fiqura çevrilir. Ona görə də Zelenskiyə təklif edilirdi və həm də gözlənilirdi ki, ali baş komandan o özü olacaq. Amma Ukrayna prezidenti bu addımı atmadı. Güman, təkcə ona görə yox ki, o, qətiyyən hərbçi və hərbi lider təəssüratı bağışlamır. Həm də ona görə ki, bu halda onun məsuliyyəti və cavabdehliyi ikiqat artacaqdı.

İndisə formal olaraq o, ölkədəki hərbi vəziyətə də cavabdeh olsa belə, formal olaraq onun da kimdənsə soruşmaq imkanı var.


Amma bir daha qeyd edirik ki, yaxın vaxtlarda prezidentlə yeni ali baş komandan arasında da problemlər yaranacaq – souncu da Zelenskidən əsgər və silah tələb edəcək. Bütün bunlar isə elə də asan məsələ deyil, ən azı ona görə ki, Qərbin Ukraynaya hərbi yardımında arabir ritmlər pozulur – ya ABŞ və Avropa ölkələri Ukraynaya hərbi yardımları öz parlamentlərində təsdiq etdirə bilmirlər, ya da Kiyevə onun tələb etdiyi silahları göndərə bilmirlər.


Həm də Qərbin istəyinə görə bu savaş idarə "olunan müharibə” olmalı və maksimun dərəcədə çox çəkməli və uzanmalıdır, çünki bu yolla onlar birinci soyuq savaş çağında olduğu kimi, Rusiyanı çökdürəcəklərini zənn edirlər. Alınacaqmı? Güman etmirik və şübhə ilə yanaşırıq bütün bu qəbildən olan sesnarilərə, ona görə ki, sanksiyalar öz missiyalarını tamam yerinə yetirmədilər, Rusiya üçün ağır iqtisadi dönəmlər bir növ arxada qalıb. İndi Rusiya üçün də, hətta Ukrayna üçün də əsas problem tamam başqadır: onların cəmiyyətləri uzun müddətli müharibəyə razı olacaqmı? Bəli, hər iki ölkə bu konteksdə demək olar ki, eyni problemi yaşayır: insanlar min bir üsulla müharibədən yayınmağa çalışırlar.


Müharibə isə bitmək bilmir. Bu günlərdə Rusiya prezidenti savaş başlayandan (hər halda, belə deyirlər!) xarici telekanallara, daha dəqiq desək, ABŞ jurnalistinə özünün ən böyük müsahibəsini verdi. Çətin ki, bu müsahibədən sonra Qərb dairələri rahatlıq tapmış olsun – ona görə ki, Putinin cavablarında zərrə qədər belə olsun, peşimançılıq notları yox idi, əksinə o, yetərincə özünə inamlı və arxayın adam təsiri bağışlayırdı.


Hətta Rusiyada qarşıdan gələn prezident seçkiləri belə vəziyyəti zərrə qədər dəyişmək gücündə deyil – ona görə ki, hamıya aydındır, növbəti prezident də Putin olacaq və Rusiyadakı indiki seçkilər təqvim xarakterli siyasi tədbirdən başqa bir şey deyil.


Hüseynbala Səlimov

QOSHE - Zelenski niyə özü ali baş komandan olmadı? - Hüseynbala Səlimov
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Zelenski niyə özü ali baş komandan olmadı?

10 0
12.02.2024

Ötən həftənin sonlarının daha bir maraqlı siyasi xəbəri bu oldu ki, Ukrayna prezidenti getdikcə siyasiləşən və populyarlaşan, adı prezidentə əsas rəqiblər sırasında hallanan, bir az tərs və bir az da tələbkar ali baş komandandan axır ki, canını quratara bildi – Volodimir Zelenski onu "Ukrayna qəhrəmanı” adı ilə təltif edərək ordunun komandığını nisbətən az populayar olan başqa birisinə həvalə etdi.


Amma görən, bununla prezident – ali baş komandan düyünü tamam açıldımı? Düşünmürük. Əslində artıq keçmiş ali baş komandan bir az da siyasiləşmək imkanları əldə etdi, çünki bundan sonra çətin ki, Zelenskinin reytinqi artmış olsun.

Ona görə ki, qarşıda qətiyyən hərbi qələbə görünmür və hər şey bir tərəfə, bu vaxta qədər quru qoşunlarına komandanlıq etmiş və bu müstəvidə ciddi irəliləyiş əldə etməmiş bir şəxs böyük ehtimalla ona göstərilmiş etimadı........

© Qaynar


Get it on Google Play