We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Faiq QİSMƏTOĞLU: QARANLIĞA DÜŞƏN İŞIQ

5 0 0
16.01.2019

Tələbəlik illərindən Rəhman Salmanlını bizdən fərqləndirən bir neçə cəhət vardı. Bu cəhətlərdən biri də onun istedadı və zəhmətkeşliyi idi. Rəhman hələ tələbəlik dövründə tez-tez arxivlərə gedir, axtarışlar aparır və çox şeyi də bizə bildirməzdi. Biz onda müəyyən şeyləri bildik ki, artıq tələbə dostumuz Rəhman Salmanlı cümhuriyyət dövrünün ziyalılarının, şairlərinin və inqilabçılarının üzərinə salınmış qaranlığa işıq tutub. Sonradan zaman-zaman onun araya-ərsəyə gətirdiyi tarixi sənədli oçerklər işıq üzü gördü. Cümhuriyyət şairi kimi tanınan böyük Əhməd Cavadın həyat və yaradıclığını araşdırdı. Bu araşdırmalarla yanaşı, o dövrün istiqlalçıları ilə yaxından oxucuları tanış etdi.

Tədqiqatçı-jurnalist arxivlərdə işlədikcə bu tanışlığın coğrafiyası daha da genişləndi. Və onun cümhuriyyət qurucularından bəhs edən tarixi oçerkləri kitaba çevrildi. "Ramazan oğulları”, "Cümhuriyyət şairi”, "Gizli güllələnən alim” kitabları bax, belə nümunələrdəndir. Rəhman bu kitabları araya-ərsəyə gətirənə qədər çox axtarışlar aparıb, çox əziyyətlər çəkib və axırda da istəyinə nail olub. Yəni Azərbaycan oxucusu bir vaxtlar Şura hökuməti tərəfindən ölkənin müstəqilliyini, bütövlüyünü qoruduğuna görə, hər cür şər-böhtan atılan, zindanlara salınan, sonra da günahsız yerə güllələnən böyük ziyalılarını Rəhman Salmanlı kimi tədqiqatçı-jurnalistlərin arxivlərdə uzun illər axtarışından sonra tanıdı. Azərbaycan oxucusu tanıdı ki, Hüseyn Cavidlər, Əhməd Cavadlar, Mikayıl Müşfiqlər "Azərbaycan” deyə-deyə günahsız yerə güllələniblər.

"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” prezident İlham Əliyev 16 may 2017-ci ildə sərəncam imzalayıb. Həmin sərəncamda deyilir: "... Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam........

© Ədalət