We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Bircə arşın... - Pərvin yazır

9 0 0
17.11.2018

Çağdaş sənətin gəlib çıxdığı yer, məqam çox qəribədir. Bəlkə əslində, indikilərin dilində desək, kreativ düşünən, yenilik həvəskarı olanlardan ötrü maraqlıdır, cəlbedicidir, bilmirəm.

Zahiri effektlər, stereotiplərin qırılması, hətta insana sevinc, xoşbəxtlik gətirən dəyərlərin sıradan çıxması, postmodernizm adı altında özündən əvvəl nə vardısa, hər şeyi inkar. Bu, yaxşıdırmı? Doğrusu, “izm”lərin xronologiyasını izləmək niyyətindən uzağam, ona görə heç bir şəkildə sənətin hardan başlamasını və niyə bu yerə gəlib çatmasını izah edə bilməyəcəm. Sadəcə son günlərdə internet video şəbəkələrində dünya modern sənəti ilə bağlı ardıcıl araşdırmalar apardıqca onu başa düşdüm ki, bu günün sənətkarı insanın, tamaşaçının hisslərinə toxunmaq arzusunda deyil. Daha çox “bərabərlik, azadlıq, hamı yaşamalıdı” şüarının müxtəlif, hətta ən eybəcər təzahürləri əsas götürülür. Məsələn, səhnədə kişi kişini qucağına alıb gəzdirirsə, həm də bunu bir sevgili kimi edirsə, yaxud qadın qadına gözəl sözləri pıçıldayırsa, bu, yaxşı sayılır, ona görə ki, cinsi azlıqların nümayəndələri üçün təsəllidir. Hətta gender bərabərliyindən ötrü qadın da kişini boyundan yuxarı qaldıra bilər, yəni fiziki gücdən söhbət gedirsə, qadına nə olub?! Niyə görə qadın zərif, gücsüz, hətta zəif olmalı, kişiyə sığınmalıdı?! Bəli, təbiətə, insana, yaradılışa qarşıdır yeni, müasir sənət... Və bunun axırı görünmür!

Elə bu düşüncələrlə İçərişəhərin dolanbaclarına ayağımı qoyan kimi hər şey dəyişir sanki. Sözümdə zərrə qədər pafos yoxdur, həqiqəti söyləyirəm. Beyin yenilikdən, şüşə qablara bənzər binalardan, qutu-qutu evlərdən, hamarlanmış küçələrdən bezir, usanır. Çağdaş qalabalıq, tıxaclarda keçən zaman ruhunu yorur, hər an hər yerə tələsən və gecikən adamların təlaşından qaçmağa yer axtarırsan. İçərişəhər ən uyğun yerdir, şəhərin mərkəzində belə bir qalaçanın olması doğma adam, səni sözsüz başa düşən həmsöhbət kimidir. Hamıdan qaçıb ona sığınırsan... Hələ həftəsonu bu qala divarları arxasında Üzeyir bəy musiqisinə dalmaq və kuklaların ən sadə, “ibtidai” hərəkətlərindən, oyunundan zövq almaq imkanın varsa, xoş halına.

Marionet teatrı haqqında daha əvvəlki yazımda buranın nağıl estetikası, ab-havasının fərqliliyi barəsində fikirlərimi bölüşmüşdüm. Bu dəfə isə yenidən bu kiçik dünyaya qapılanda başa düşdüm ki, Marionet teatrı İçərişəhərdən, Bakıdan ayrı deyil, şəhərlə........

© 525-ci Qəzet