We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Keçən ilin son gecəsi - Fotolar - Video

3 0 0
29.12.2018

Vaqif Səmədoğlunun “Son gecədir bu gün yenə” misrası ağlımdan çıxmır nədənsə. İstənilən bir “son” düşüncəsi bu misranı nə isə ayrı bir yöndən, başqa bir tərəfdən işıqlandırır.

Axı, doğrudan da qəribə bir işıq var bu fikrin özəyində. Adamın gözünü qamaşdıran işıq deyil, ancaq nə isə lap o müəmmalı tunelin sonundakı kimi də olsa işartıdı. Əslində, “son” ümumiyyətlə varmı, yoxmu, bilmirəm?! Bitirmi, sona yetirmi nələrsə, onu da demək çətindir... Çünki dinin özü də ölümdən sonrakı həyata inandırırsa, ən müxtəlif fəlsəfələr daimi bir mübadilə, yenilənmə, nə bilim “bumeranq” ideyasını təbliğ edirsə, deməli, SON ümumiyyətlə, şərti məsələdir. Amma yenə də “son” ovqatı insanda bir hesabat arzusu yaradır... Necə başladın, nələrdən keçdin və hansı nöqtəyə gəlib çatdın?! Fərqi yoxdu, bütöv bir ömrün hesabatından söhbət gedir, ya kiçik bir hadisənin...

TƏLƏBƏLƏRİN ARZUSU...

Bir çox əlamətdar hadisələrin kökünə, dərininə gedəndə əslində, hər şeyin sadə bir arzudan başladığını görürsən.

Hə, elə mən də günlərin birində şəhərin tıxaclarından sıyrılıb, yuxusuz gecənin yorğunluğunu kənara qoyub universitet pillələri ilə auditoriyaya tələsəndə belə arzulardan biri yaxaladı məni. Pedaqoji Universitetin müəllimi kimi hər gün yüzlərlə arzu, sualla qarşılaşıram. “Tələbə eyforiyası” adı verdiyim hüdudsuz ideyalar, təşəbbüslər burulğanından çıxmaq olmur. “Karyeramı necə qurum?”, “İndidən harda işləyə bilərəm?”, “Ailə, yoxsa iş”, “Şeir yaza bilərəmmi?”, “Hansı kitabları oxuyum?” kimi suallar burda gündəlik işlərdir. Bu dəfə məsələ daha ciddi qoyulmuşdu. Tələbələr yeni il ərəfəsində Anarın “Keçən ilin son gecəsi” əsərini səhnələşdirmək istəyirdilər. Və nədənsə bütün yollar lap Roma kimi mənə gətirib çıxarmışdı onları; bir yandan Gənc Tamaşaçılar Teatrında çalışmağım, digər tərəfdən də Anar yaradıcılığı ilə bağlılığım...

İnsanın bütün varlığı ilə nəyisə arzulaması məsələnin ilkin həllidir artıq. Filologiya fakültəsinin tələbələri böyük səhnədə tamaşada oynamaq, populyar, sevilən əsəri öz........

© 525-ci Qəzet