We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Müəmmalı qətl və üç versiya... - Fotolar

3 0 0
12.01.2019

Qadının günahları və günahkarlığı Həvvadan başlanır, deyəsən. Şeytanla əlbirlik də tarixi hadisədir. Buğda (ya da alma, nə fərqi) yeyib cənnətdən çıxmaq qədər böyük qəbahət olarmı?!

Müxtəlif tipli günahları dinin, ya da insanlığın tarixi zərif məxluqun ayağına yazıb. Hələ bəzi səhvlərin qarşısını almaq üçün qadağalar da düşünüb, yasaqlar da qoyub. Bütün tarixi şəraitlərdə qadına bu münasibət davam edib, orta əsrlərdə tonqalda yandırılan, meydanda asılan qadınların sayı və günahının mahiyyəti bilinmir. İndi sivil dünyada yaşasaq da, yenə qadın daha çox şərin, sirrin, müəmmanın simvoludu. Hollivud filmlərinin “heppi-end”li yüngül filmlərindən tutmuş, ciddi əsərlərə, sosial sorğulara kimi hər yerdə, hamı “qadın nə istəyir?” sualının cavabını axtarır guya və şübhəsiz ki, tapa bilmir. Əslində, hər şey göründüyü qədər qəliz və kinoya, kitaba sığacaq qədər sadə deyil. Soyuq bazar axşamında YUĞ Teatrı səhnəsində “Müəmmalı qətlin üç versiyası” tamaşasına baxdıqca bunları götür-qoy edirdim. Və birdən qəribə ardıcıllıq hiss etdim. Mehriban Ələkbərzadənin müəllifi olduğu bütün işlərdə bu ideya var, hadisələrə, yaxud böyük bir HADİSƏyə müxtəlif yönlərdən, baxış bucaqlarından baxmağa cəhd edilir. Görünür, R.Akutaqavanın bu əsərini, “Cəngəllikdə” hekayəsini seçməyə, səhnələşdirib quruluş verməyə səbəb də elə söylədiyim ideyadır. Ortada bir zorlanma və bir ölüm hadisəsi var və bu hadisə şahidlərin gözündə bir cür, iştirakçıların hər birinin şərhində ayrı cür səslənir, göstərilir. Bir az detektivvari, bir az müəmmalı süjet tamaşaçının beynini sualla doldurur. Mehriban xanım isə “mərhumu kim öldürüb?” sualına cavab tapmaqdan daha çox Gülzar Qurbanovanın canlandırdığı qadını göstərməyə, anlatmağa çalışır. Və elə bunun özü də bir az əvvəl dediyim ardıcıllıq “qanununu” təsdiqləyir.

Məsələ burasındadır ki, Mehriban Ələkbərzadə yaradıcılığı mənim nəslimdən olan bir çoxlarının yeniyetməlik “dərsliyidir”, yaxud o dövrün dəbdə olan ifadəsiylə desək, “əyani vəsaiti”dir. Məktəbdə tarix dərslərində öyrəndiklərimizi efirdə Mehriban Ələkbərzadənin “13 dəqiqə” layihəsində eşitdiklərimizlə möhkəmləndirirdik. Tarixi verilişləri, filmləri üstünlük təşkil edirdi, amma bundan başqa “Persona”sında həmsöhbət olduğu bir çox sənətkarları tamam başqa tərəfdən öyrənə bilirdik. Qaçqın şəhərciklərində, vaqonlarında götürdüyü müsahibələr, Azərbaycanın başına gələnlərin tarixi köklərini araşdırması o dövrün uşaqları üçün tam yeni idi. Hər hadisəyə bir az ayrı cür yanaşmaq, mövzuları başqa tərəfdən göstərmək əsas idi bütün bu işlərdə. Misal üçün, elə o illərdən unutmadığım kadrlar var. Mehriban Ələkbərzadə vaqonların arasında gəzir, Qarabağ köçkünlərindən........

© 525-ci Qəzet