We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

2018-ci ildə Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəlib

3 0 0
18.01.2019

Prezident İlham Əliyev: Mən keçən il xarici ölkələrə 16 səfər etmişəm və Azərbaycana 16 dövlət və hökumət başçısı səfər edib. Bu, bir daha onu göstərir ki, bizim xarici siyasətimiz çoxşaxəlidir və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır
Əmin-amanlıq, möhkəm daxili sabitlik şəraitində inkişaf edərək öz potensialını getdikcə artıran müstəqil Azərbaycan, eyni zamanda, çoxvektorlu xarici siyasət kursuna malikdir. Respublikamız öz imkanlarını təqdim edərək regional və qlobal miqyasda əməkdaşlığın dərinləşməsinə böyük səy göstərir. Ölkəmiz ardıcıl səciyyə daşıyan xarici siyasət kursunda daim o mövqedən çıxış edir ki, yaxın-uzaq dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərdə milli maraqlar ən yüksək səviyyədə təmin olunmalı və əməkdaşlıqdan bütün tərəflər qarşılıqlı şəkildə fayda götürməlidirlər.
Öz növbəsində Azərbaycanın Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirdiyi rasional xarici siyasət ölkəmizə beynəlxalq miqyasda böyük hörmət və nüfuz qazandırıb. Təsadüfi deyil ki, son illərdə mötəbər beynəlxalq təşkilatlar özlərinin mühüm əhəmiyyət daşıyan tədbirlərini keçirmək üçün ev sahibi kimi məhz Azərbaycanı seçirlər ki, bu da bir tərəfdən ölkəmizin imkanlarını təcəssüm etdirir, digər tərəfdən isə qlobal miqyasda respublikamıza böyük inam yarandığını təsdiqləyir.
Əlamətdar haldır ki, müstəqil Azərbaycanın beynəlxalq nüfuzunun artması baxımından artıq tarixə dönən 2018-ci il də istisna olmayıb. Ölkəmizin xarici siyasəti ötən il də öz intensivliyi və səmərəliliyi ilə yadda qalıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ötən il ölkəmizin xarici siyasətdə qazandığı uğurlardan məmnunluğunu bildirib. “...Keçən il xarici siyasət sahəsində də uğurlu olubdur. Mən keçən il xarici ölkələrə 16 səfər etmişəm və Azərbaycana 16 dövlət və hökumət başçısı səfər edib. Bu, bir daha onu göstərir ki, bizim xarici siyasətimiz çoxşaxəlidir və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır”.
Azərbaycan Ermənistandan başqa bütün qonşu dövlətlərlə çox müsbət əlaqələr qurmağa nail olub
Hər bir ölkənin uğurlu inkişafını şərtləndirən amillər sırasında regional əməkdaşlığın, qonşularla münasibətlərin xüsusi önəmi var. Qonşulardan təcrid olunan və yaxud onlara qarşı davamlı şəkildə iddialar sərgiləyən ölkələr bir qayda olaraq inkişafla bağlı ciddi problemlər yaşayırlar. Biz bunu işğalçı Ermənistanın timsalında bir daha görürük. Bu ölkə qonşu dövlətlərə, o cümlədən də Azərbaycana qarşı sərgilədiyi əsassız ərazi iddialarının və işğalçılıq siyasətinin girovuna çevrilərək regionda reallaşdırılan bütün irimiqyaslı iqtisadi layihələrdən kənarda qalıb, dalan ölkəyə çevrilib. Azərbaycan isə davamlı şəkildə öz imkanlarını təqdim edərək regional siyasi və iqtisadi əməkdaşlıq platformalarının yaradılmasına və onların funksionallığının artırılmasına böyük töfhələr verir. Belə xoşməramlı siyasətin nəticəsidir ki, respublikamız Ermənistandan başqa bütün qonşu dövlətlərlə çox müsbət əlaqələr qurmağa nail olub. Prezident İlham Əliyev Azərbaycanın region dövlətləri ilə münasibətlərinin yüksək səviyyədə olduğuna diqqət çəkərək deyib: “...Biz, ilk növbədə, qonşularımızla əlaqələrimizi daha yüksək pilləyə qaldıra bilmişik. Keçən il qonşu ölkələrin dövlət və hökumət başçıları ilə mənim çoxsaylı görüşlərim olub və bu görüşlərdə praktiki məsələlər həll edilib. Hər bir ölkə üçün onun qonşuları ilə yaxşı münasibətlərin qurulması çox vacib amildir. Azərbaycan o ölkələrdəndir ki, Ermənistandan başqa bütün qonşularımızla çox düşünülmüş siyasət apararaq gözəl münasibətləri qura bilib və ölkəmiz bu münasibətlərdən faydalanır. Həm regional təhlükəsizliyin inkişafı, eyni zamanda, nəqliyyat, energetika, ticarət məsələlərinin uğurla həlli, o cümlədən qonşularımızla münasibətlərdən asılıdır. Bir sözlə, qonşu ölkələrlə əlaqələrimiz çox müsbətdir və əminəm ki, bu il də bu istiqamətdə yeni müsbət addımlar atılacaqdır”.
Regional əməkdaşlığın dərinləşməsi baxımından Türkiyə və Azərbaycan arasındakı tarixi dostluq əlaqələri mühüm əhəmiyyətə malikdir. Yer üzündə iki qardaş xalqın və ölkənin dostluğuna xələl gətirə biləcək güc, qüvvə yoxdur. Türkiyə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətdir. Qardaş Türkiyə Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə cavab olaraq Ermənistanla bütün siyasi-iqtisadi əlaqələri dayandırıb, eyni zamanda, 1993-cü ildən etibarən bu ölkə ilə sərhədlərini........

© Yeni Azərbaycan